Məhkəmə qərarları › İş №e-2(021)-3494/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3494/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3494/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İnkişaf üçün Maliyyə MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İnkişaf üçün Maliyyə MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1578.36 Azn və faiz borcu üzrə 184.14 Azn, cərimə 132.02 Azn, əldən çıxmış fayda 220.97 Azn olmaqla, cəmi 2115.49 Azn məbləğində kredit borcu və ödənilmiş 42.40 Azn dövlət rüsumunun alınaraq BOKT İnkişaf üçün Maliyyə “MMC-nə verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırkı ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəmə müəyyən etdi ki, iddia ərizəsi düzgün tərtib edilməmiş, iddiaçı elektron məhkəmə sistemi üzərindən məhkəməyə müraciət edərkən, icraat növünü iddia icraatı kimi seçmiş, lakin iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı müraciətində ərizəni qeyri–müəyyən formada təqdim edərək, Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələblərini pozmuşdur. MPM –nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin məhkəmə qeyd edir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Bank Olmayan Kredit Təşkilatı İnkişaf üçün Maliyyə MMC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İnkişaf üçün Maliyyə MMC tərəfindən ödənilmiş 30 (otuz doqquz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar