Məhkəmə qərarları › İş №e-2(021)-3498/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3498/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3498/2023 13.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5276.89 manat əsas, 472 manat faiz və 0 manat cərimə olmaqla, cəmi 5748.89 (beş min yeddi yüz qırx səkkiz manat, 89 qəpik) manatın və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" 02 noyabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin baxılmamış saxlanması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkn hesab etmişdir. Məhkəmə ərizələri və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC məhkəmədə işə baxlması üçün xx.xx.2023-cü il tarixdə 78 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, ümumilikdə 78,40 manat ödəniş etmişdir. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. "xxxx" ASC tərəfindən ödənilmiş 78 manat dövlət rüsumu iddiaçıya geri qaytarıslın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar