Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-351/2023 23.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 26 fevral 2019-cu il tarixli, 900810-439787/4 nömrəli kredit müqaviləsi üzrə 4159.39 (dörd min əlli doqquz manat (.39)) manat əsas borc -əsas borca hesablanmış 2278.59 manat (iki min iki yüz yetmiş səkkiz (.59)) faiz borcu olmaqla, cəmi 6437.98 (Altı min dörd yüz otuz yeddi (.98)) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət ydiyyatına alınması üçün köçürülmüş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 45 (qırx beş) manat xərcin iddia ərizəsinin verilməsi üçün köçürülmüş 84.78 (səksən dörd (0.78)) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi; Tutmanım Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən(ümimi sahəsi (kv.m):26.7) mənzilə yönəldilməsi; İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi; İpoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X2, Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi (27.6 kv metr) olan mənzildən çıxarılması həmin mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən qalıq borcun tam ödənildiyini və bu səbəbdən də məhkəmə zərurətinin aradan qalxdığını və mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, kredit alan Cavabdeh4 tərəfindən kredit borcu ödənilmişdir. Odur ki, mülki işin baxılmamış saxlanılmasına heç bir etirazı yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi Mülki Prosesual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-351/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-351/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver