Məhkəmə qərarları › İş №e-2(021)-3688/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3688/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3688/2023 28.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, Böyük məsləhətçi X4 оğlunun iclas kаtibliyi , İddiаçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi ƏSF-nun nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiаçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi ƏSF Cavabdeh qarşı borc tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi ƏSF iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1195.50 (bir min yüz doxsan beş manat 50 qəpik) manat əsas borc, 495.61 (dörd yüz doxsan beş manat 61 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 134.64 (yüz otuz dörd manat 64 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 38.26 (otuz səkkiz manat 26 qəpik) manat dövlət rüsumunun tutulması, tutmanın bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi cəkisi 28.40 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 22.30 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 9.80 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 20.80 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 2.50 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 4.00 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 5.80 qr təşkil edən kulona yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiаçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2019- cu tarixli ***-*******LK270319- 01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 4100 (dörd min yüz) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh xx.xx.2019-cu il tarixli Girov müqaviləsi (qızıl-zinət əşyalarına dair) bağlayaraq mülkiyyətində olan 1 ədəd cəmi çəkisi 28.40 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 22.30 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 9.80 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 20.80 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 2.50 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 4.00 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 5.80 qr təşkil edən kulon banka girov qoymuşdur. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022ci il tarixli **********279 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh xx.xx.2022-cü il tarixə kredit üzrə borcu cəmi 1825.75 (bir səkkiz yüz iyirmi beş manat 75 qəpik) manat təşkil edir. Bundan 1195.50 (bir min yüz doxsan beş manat 50 qəpik) manat əsas borc, 495.61 (dörd yüz doxsan beş manat 61 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 134.64 (yüz otuz dörd manat 64 qəpik) manat faiz borcu təşkil edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəm iclasında iddiaçı İddiаçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi ƏSF-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, borcu üzrə 40 manat ödəniş etmişdir.Ödənişi tam bağlamaq gücündə deyil, hissə-hissə ödəyəcəkdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 mart 2019-cu tarixli № ***-*******LK270319-01 saylı Müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 27% ödəmək şərtilə 4100 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 mart 2019-cu tarixli № ***-*******LK270319-01/QZ2/1 saylı Girov Müqaviləsindən görünür ki, Borcalan-Girovqoyana 27 Mart 2019-cu il tarixli ***- *******LK270319-01 saylı Kredit (Kredit xətti) müqaviləsi üzrə və bu müqavilədə göstərilən öhdəliklərinin təminatı olaraq xx.xx.2019-cu il tarixli ərizə-öhdəliyinə əsasən ona məxsus olan girov Qızıl-Zinət əşyalarını Girov saxlayana girov qoyur: Qızıl-Zinət əşyasının dəyəri: 6479.8 (altı min dörd yüz yetmiş doqquz tam onda səkkiz ) manat İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Qiymətləndirmə və Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh mülkiyyətindəki zinət əşyalarını -1 ədəd cəmi çəkisi 28.40 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 22.30 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 9.80 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 20.80 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 2.50 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 4.00 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 5.80 qr təşkil edən kulon İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh 27.03.201-cu il tarixli ***-*******LK270319-01 saylı Kredit müqaviləsi üzrə xx.xx.2022-cİ il tarixə 1195,50 manat əsas, 495,61 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 134.64 manat cərimə borcu olmaqla, cəmi 1825,75 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 38,26 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 27 mart 2019- cu tarixli № ***- *******LK270319-01 saylı Müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 27% ödəmək şərtilə 4100 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh xx.xx.2019-cu il tarixli Girov müqaviləsi (qızıl-zinət əşyalarına dair) bağlayaraq mülkiyyətində olan 1 ədəd cəmi çəkisi 28.40 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 22.30 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 9.80 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 20.80 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 2.50 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 4.00 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 5.80 qr təşkil edən kulonu banka girov qoymuşdur. İş üzrə İddiaçı ASC həmin krediti cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göründüyü kimi, borclu Cavabdeh bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmiş və İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 269.3-ci maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 40 manat ödəniş edilmişdir. Həmin ödənişi məhkəmə cavabdehin faiz borcundan silinməsini qənaətinə gəlir. Belə ki, MM-nin 432.4-ci maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Məhkəmə həmçinin girov predmetinin satışdan əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1195.50 manat əsas borc, 455.61 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 134.64 manat faiz borcu olmaqla, cəmi 1785.75 (bir yeddi yüz səksən beş manat yetmiş beş qəpik) Cavabdeh alınaraq İddiaçı ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh mülkiyyətindəki zinət əşyalarına -1 ədəd cəmi çəkisi 28.40 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 22.30 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 9.80 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 20.80 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 2.50 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 4.00 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 5.80 qr təşkil edən kulona yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 38,66 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1195.50 manat əsas borc, 455.61 manat faiz borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 134.64 manat faiz borcu olmaqla, cəmi 1785.75 (bir yeddi yüz səksən beş manat yetmiş beş qəpik) manat tutulаrаq iddiaçı ləğv prosesində olan İddiaçı ASC -nin xeyrinə ödənilsin. Tutulan məbləğ Cavabdeh mülkiyyətindəki zinət əşyalarına -1 ədəd cəmi cəkisi 28.40 qr təşkil edən komplekt, 1 ədəd cəmi çəkisi 22.30 qr təşkil edən komplekt, 1 ədəd cəmi cəkisi 9.80 qr təşkil edən üzük, 1 ədəd cəmi çəkisi 20.80 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 2.50 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 4.00 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 5.80 qr təşkil edən kulona yönəldilsin və açıq hərracdan satılsın. Əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilsin. Satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. İş üzrə ödənilmiş 38,26 manat dövlət rüsumu Cavabdeh qızından tutulаrаq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar