Məhkəmə qərarları › İş №e-2(021)-3752/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-3752/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-3752/2022 28.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 749 manat əsas, 75 manat hesablanmış faiz, 20 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi İddiaçı MMC-nin direktoru X2 tərəfindən qeyd olunmuşdur. Lakin iddia ərizəsinə X1 İddiaçı MMC-nin direktoru olmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanmış kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalanmağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər qaytarılmalı, iddiaçıya iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a ra aldı : İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsiə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar