Məhkəmə qərarları › İş №e-2(021)-378/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-378/2025

06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-378/2025 06.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı AG Telekom MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı AG Telekom MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG Telekom MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 69 manat 90 qəpik məbləğində vurulmuş zərərin, hüquqi ximətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 200 manat 30 qəpik məbləğində pulun iddiaçı AG Telekom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AG Telekom MMC iddia tələbini onunla əsaslandırmışdır ki, K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG Telekom MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə Televiziya və Radio yayımı haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və radio Şurasından xx.xx.2005-ci il tarixli TR 057 saylı və xx.xx.2011-ci il tarixli TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının xx.xx.2022-ci il tarixli UPO -001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə AG Telekom MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayınlanması üçün müqavilə əsasında yaşayış və qeyri yaşayış sahələrində kabel xətləri çəkilir. Lakin bir çox vətəndaşlar AG Telekom MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluğun qarşısının alınması məqsədilə AG Telekom MMC ilə Ədalət –A hüququ firması arasında xx.xx.2008-ci il ,xx.xx.2011-ci il, xx.xx.2014-cü il ,xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərində hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 54 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2012-ci il tarixdə həmin ünvanda yaşayan X2 ilə AG Telekom MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil K@TV1 xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2012-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2013-cu il tarixində 20 manat 10 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2014-cü il tarixdə Ədalət –A hüququ firmasının və K@TV1 kabel televiziyasınının əməkdaşları Rabitə və Yüksək texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 1913N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 1913N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçirilmişdir. Yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində AG Telekom MMC-yə maddi ziyan dəymişdir. Sözügedən ünvana sonuncu dəfə baxış keçirildiyi xx.xx.2014-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 233 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtiylə müvafiq müqavilə bağlamaqdan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 69.90 manat təşkil edir. İddiaçı AG Telekom MMC-i məhkəməyə ərizə ünvanlayaraq, məhkəmədən mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, AG Telekom MMC məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu X1 ödəmişdir. Mülki iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, AG Telekom MMC-nin K@TV1 Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır, xx.xx.2015-ci tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. Mülki iş materiallarına əlavə olunmuş TR 066 Teleradio Yayımı üçün Lisenziyadan görünür ki, AG Telekom MMC-nə kabel, efir kabel yayımı üçün lisenziya xx.xx.2011-ci il tarixdə verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, ünvan 3 ünvanında 1913 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2014-cü il tarixində həmin binaya baxış keçirilmişdir. Mülki iş materiallarına əlavə olunmuş 1913 nömrəli aktdan görünür ki, akt kabel televiziyasının, hüquqi yardım göstərəş şirkətin və RYTN mütxəssisi tərəfindən imzalanaraq, aktda K@TV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar edilməsini göstərmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, K@TV1 kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar edilmiş və AG Telekom MMC bu barədə akt tərtib edərək, ona dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir . Telekommunikasiya Haqqında Azərbaycan Respublikasının Qanununun 2 8 - c i maddəsinə əsasən Ölkədaxili telekommunikasiya xidməti - ölkə daxilində, o cümlədən respublikanın ayrı-ayrı şəhərləri və rayonları arasında, beynəlxalq telekommunikasiya xidməti isə ölkədən xaricə və xaricdən ölkəyə müxtəlif vasitələrlə (kabel, radiorele, peyk və sair) telekommunikasiyanın yaradılması məqsədilə göstərilən xidmətdir. Telekommunikasiya Haqqında Azərbaycan Respublikasının Qanununun 35.3. maddəsinə əsasən Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Telekommunikasiya Haqqında Azərbaycan Respublikasının Qanununun Telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət 43.1. maddəsinə əsasən bu qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək 69 (altmış doqquz) manat 90 (doxsan) qəpik məbləğində vurulmuş zərər, hüquqi ximətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 ( bir yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı olmaqla, ümumilikdə 200 (iki yüz) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq AG Telekom MMC -nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh K@TV1 əmtəə nişanı ilə fəaliyyət göstərən AG Telekom MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 69 (altmış doqquz )manat 90 (doxsan) qəpik məbləğində vurulmuş zərər, hüquqi ximətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 100 ( bir yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı olmaqla, ümumilikdə 200 (iki yüz) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq AG Telekom MMC-nin xeyrinə ödənilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar