Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3972/2025 24.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4695.77 (dörd min altı yüz doxsan beş 77qəpik) manat borcun və 66.96 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalanQasımov Anar Aydın oğlu arasında bağlanmış 11 avqust 2022 il tariхli, 600804-953449/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 15 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 5000 manat məbləğində krеdit vеrilmişdir. Qasımov Anar Aydın oğlu 10 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Qasımov Anar Aydın oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Qasımov Anar Aydın oğluna dair Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X2 vərəsələri kimi Cavabdeh, X3 və X6 tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh, X3 və X1 Accent Minik markalı 90LY696 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən və Qasımov Anar Aydın oğlunun adına olan hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1811.15 manat pul kompensasiyasından pay almışlar. Bundan sonra Qasımov Anar Aydın oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 16 sentyabr 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4695.77 manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci və 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 11 avqust 2022 il tariхli, 600804-953449/2 nömrəli istehlak krеditi müqaviləsindən görünür ki, borcluya 15 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 5000 manat məbləğində krеdit vеrilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-Qasımov Anar Aydın oğlunun vərəsələri: arvadı-- Cavabdeh , oğlu- X3 oğlu- X6 və onlarin hər biri miras əmlakdan 1/3 irs almalıdır.Şəhadətnamə verilən miras əmlak—buraxılış ili 2013-cü il olan X8 markali ** LY *** dövlət nömrə nişanli nəqliyyat vasitəsindən ibarətdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş-Qasımov Anar Aydın oğlunun vərəsələri: arvadı-Cavabdeh, oğlu-X3,oğlu-X6 və onlarin hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Yanacaq xidmətinin 08 dekabr 2023-cü il tarixli, 1397 nömrəli məktubuna əsasən Qasımov Anar Aydın oğlunun adına olan hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1811.15 (bir min səkkiz yüz on bir manat 15 qəpik) manat pul kompensasiyasından ibarətdir. Mülki işə əlavə edilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh Qasımov Anar Aydın oğlunun qanun üzrə vərəsəsi kimi 4695.77 manat borcun ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-cü il tarixinə Qasımov Anar Aydın oğlunun kredit müqaviləsi üzrə 4695.77 manat məbləğində bоrc yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 66.96 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC ilə borcalan Qasımov Anar Aydın oğlu arasında 11 avqust 2022 il tariхdə bağlanmış istehlak krеditi müqaviləsinə əsasən borcluya 15 ay müddətinə, illik 15.5% dərəcəsi ilə 5000 manat məbləğində krеdit vеrilmişdir.Qasımov Anar Aydın oğlu 10 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Qasımov Anar Aydın oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Qasımov Anar Aydın oğluna dair Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmış, müəyyən edilmişdir ki, Qasımov Anar Aydın oğlunun vərəsələri kimi Cavabdeh, X3 və X6 tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh, X3 və X1 Accent Minik markalı 90LY696 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən və Qasımov Anar Aydın oğlunun adına olan hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə 1811.15 manat pul kompensasiyasından pay almışlar. Bundan sonra Qasımov Anar Aydın oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmiş, 16 sentyabr 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4695.77 manat məbləğində bоrcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra еtməyən bоrclu krеditоra dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün gеcikdirmə zamanı təsadüfən baş vеrmiş icra mümkünsüzlüyünün nəticələri üçün krеditоr qarşısında məsulliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gеcikdirməsisayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasənMirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Yəni kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin Cavabdeh hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də kredit müqaviləsi üzrə yaranmış borcu Cavabdeh iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 11 avqust 2022 il tariхli, 600804- 953449/2 nömrəli istehlak krеditi müqaviləsi üzrə Cavabdeh 4695.77 manat məbləğində kredit bоrcu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 55 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı ASC–nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 11 avqust 2022 il tariхli, 600804-953449/2 nömrəli istehlak krеditi müqaviləsi üzrə 4695.77 (dörd min altı yüz doxsan beş manat 77 qəpik) manat məbləğində kredit bоrcu tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 55 manat tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-3972/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3972/2025
24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver