Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-406/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Kapital Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1422.05 AZN əsas, 297.26 AZN faiz borcu, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 3458.33 manat əsas, 537.37 AZN faiz borcu olmaqla, cəmi 5715.01 AZN kredit borcunun və ödənilmiş 77.15 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Kapital Bank ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin kartına illik faiz dərəcəsi 25, məbləği 2642manat olan kredit vəsaiti, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 24, məbləği 3845 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu kreditor qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1422.05 AZN əsas, 297.26 AZN faiz borcu, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 3458.33 manat əsas, 537.37 AZN faiz borcu olmaqla, cəmi 5715.01 AZN məbləğində kredit borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq götürdüyü öhdəliyi yerinə yetirməmiş və buna görə də məhkəməyə müraciət edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İddiaçı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, məhkəməyə ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçı Kapital Bank ASC ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, RGTK8431899A123 saylı kredit müqaviləsinə əsasən cavabdehə 83 ay müddətinə, illik 20% olmaq şərti ilə 9672.81 AZN məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı Kapital Bank ASC ilə Cavabdeh arasında bağlanmış elektron qaydada bağlanmış 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin kartına illik faiz dərəcəsi 25, məbləği 2642manat olan kredit vəsaiti, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 24, məbləği 3845 manat kredit vəsaiti verilmişdir, 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1422.05 AZN əsas, 297.26 AZN faiz borcu, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 3458.33 manat əsas, 537.37 AZN faiz borcu olmaqla, cəmi 5715.01 AZN təşkil etmişdir. Mülki işə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin kartına illik faiz dərəcəsi 25, məbləği 2642manat olan kredit vəsaiti, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 24, məbləği 3845 manat kredit vəsaiti mədaxil edilmişdir, 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1422.05 AZN əsas, 297.26 AZN faiz borcu, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 3458.33 manat əsas, 537.37 AZN faiz borcu olmaqla, cəmi 5715.01 AZN məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 26 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 77.15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Kapital Bank ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin kartına illik faiz dərəcəsi 25, məbləği 2642 manat olan kredit vəsaiti, 02 fevral 2023cü il tarixli kredit müqaviləsinə əsasən isə illik faiz dərəcəsi 24, məbləği 3845 manat olan kredit vəsaiti mədaxil edilmişdir. İş üzrə iddiaçı Kapital Bank ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin, iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, verilmiş iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna, maddi və prosessual normalara qiymət verərək hesab edir ki, Cavabdeh 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1422.05 AZN əsas, 297.26 AZN faiz borcu, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 3458.33 manat əsas, 537.37 AZN faiz borcu olmaqla, cəmi 5715.01 AZN borcunun yaranması iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 77.15 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Kapital Bank ASC-nin xeyrinə xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216- 220 və 360-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 29 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1422.05 AZN əsas, 297.26 AZN faiz borcu, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 3458.33 manat əsas, 537.37 AZN faiz borcu olmaqla, cəmi 5715.01 (beş min yeddi yüz on beş manat bir qəpik) məbləğində borc və ödənilmiş 77.15 manat dövlət rüsumu alınaraq iddiaçı Kapital Bank ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(021)-406/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-406/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver