Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4093/2025 20.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı MM QBKT-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddianın təmin edilməsi, Cavabdeh **********1422 saylı kredit müqaviləsi üzrə borcun məbləği 586.08 (beş yüz səksən altı manat səkkiz qəpik) manat həmçinin, **********1432 saylı kredit müqaviləsi üzrə borcun məbləği 227.50 (iki yüz iyirmi yeddi manat əlli qəpik) manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1432 saylı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 492.25 (dörd yüz doxsan iki manat iyirmi beş qəpik) AZN; həmçinin xx.xx.2019-cu il tarixli, **********1422 saylı güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 934.13 (doqquz yüz otuz dörd manat on üç qəpik) manat; qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********1422 saylı kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.80 manat, dörd il müddətində isə hər ay 19.87 manat olmaqla və, **********1432 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 0.41 manat, dörd il müddətində isə hər ay 10.47 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh oğlunın **********1422 saylı kredit müqaviləsi üzrə borcun məbləği 586.08 manat borc təşkil edir. Həmçinin, **********1432 saylı kredit müqaviləsi üzrə borcun məbləği 227.5 AZN təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlаvə olunmuş xx.xx.2019-cu il tarixli, **********1422 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kredit verǝn kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 934.13 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 934.13 manat məbləğində güzəştli krediti (bundan sonra "Kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verǝnə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********1422 saylı kredit müqaviləsi üzrə 586.08 manat məbləğində borcu vardır. Mülki işə əlаvə olunmuş xx.xx.2019-cu il tarixli, **********1432 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, kredit verǝn kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 492.25 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 492.25 manat məbləğində güzəştli krediti (bundan sonra "Kredit") verməyi, kredit Alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verǝnə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, **********1432 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 227.50 manat məbləğində borcu vardır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli, **********1422 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən, kredit verǝn kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 934.13 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 934.13 manat məbləğində, xx.xx.2019cu il tarixli, **********1432 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən, kredit verǝn kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 492.25 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 492.25 manat məbləğində,güzəştli krediti (bundan sonra "Kredit") verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verǝnə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüş, lakin cavabdeh hər iki müqailə üzrə öhdəliklərini icra etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli **********1422 saylı kredit müqaviləsi üzrə 586.08 (beş yüz səksən altı manat səkkiz qəpik) manat, xx.xx.2019-cu il tarixli **********1432 saylı kredit müqaviləsi üzrə 227.50 (iki yüz iyirmi yeddi manat əlli qəpik) manat tutularaq İddiaçı MM QBKT -nin xeyrinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli **********1422 saylı kredit müqaviləsi üzrə 586.08 (beş yüz səksən altı manat səkkiz qəpik) manat tutularaq İddiaçı MM QBKT -nin xeyrinə ödənilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli **********1432 saylı kredit müqaviləsi üzrə 227.50 (iki yüz iyirmi yeddi manat əlli qəpik) manat tutularaq İddiaçı MM QBKT -nin xeyrinə ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı MM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-4093/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4093/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver