Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-416/2024 24.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X20 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra iddiaçı və ya "xxxx" ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 4700 (dörd min yeddi yüz) manat sığorta ödənişi məbləğinin və 67 (altmış yeddi) manat məbləğində vəsaitin cavabdehdən tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X11 arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C 200” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz C 200” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə“Tofash Şahin” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21065” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə və X1 yüngül zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC cəmi 4 700,00 (dörd min yeddi yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bərdə Rayon Polis Şöbəsi İB-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz C 200” markalı, **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini, iddialarının tam həcmdə təmin olunmasını xahiş etmişdir. Cavabdeh azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinə iddiaya qarşı öz münasibətini bildirməsi barədə bildiriş göndərilmiş, məhkum Cavabdeh məhkəməyə ərizə göndərərək ərizəsində göstərmişdir ki, iddia ərizəsinin surəti ilə tanış olmuşdur. 3 il əvvəl baş vermiş hadisə ilə bağlı ona qarşı iddia qaldırılmışdır. İddia ərizəsində göstərilən əmələ görə cəza çəkmişdir. Yalnız azadlığa çıxdıqdan sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsinin göstərişi ilə dəymiş ziyanı hissə-hissə ödəyə bilər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1983-cü ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuşdur, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatdadır. AD 093475 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz C220 minik markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında X6 adına qeydiyyata alınmışdır. “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” ƏN-Vİ 780509 nömrəli etibarnamədən görünür ki, X12 mülkiyyətində olan Mercedes Benz C220 minik markalı **- MH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər: qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verməklə X15 etibarnamə vermişdir. X13 rəsmiləşdirilmiş X2 Mülki Məsuliyyətinin İcbari Sığorta Müqaviləsinin Xarici Təqdimat Formasından görünür ki, X15 məxsus Mercedes Benz C220 minik markalı **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli PAA********** nömrəli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. Bərdə Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli 3(021)-309/2019 saylı qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 13 may 2020-ci il tarixli, 3(021)-309/2019 saylı qərarının təsviri hissəsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 21 radələrində, sərxoş halda sürücülük hüquqi olmadan X15 məxsus olan “Mercedes Benz C220 CDİ” minik markalı **-MH-*** dövlət nömrə nişanlı avtomobili qanunsuz ələ keçirməklə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində manevr qaydalarını pozaraq dayanmış vəziyyətdə olan “VAZ-21065” minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı və hərəkətdə olan X8 məxsus “Tofaş-Şahin” minik markalı **-JU-*** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuş, avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X9” publik hüquqi şəxsin Bərdə rayon şöbəsinin verdiyi 10 yanvar 2020-ci il tarixli 16 saylı rəyindən görünür ki, X7 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-beyin silkələnməsi ilə müşayət olunan ənsə nahiyəsinin hematoması ilə aşağı sol diz oynağı, sağ gözyuvasıaltı nahiyə, sağ əl, sol xarici qulağın çeynəmə nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə-yəni xx.xx.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” 11 yanvar 2020-ci il tarixli aktdan görünür ki, 09 yanvar 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Tofaş Şahin” minik markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 7189 (yeddi min bir yüz səksən doqquz) manat məbləğində ziyan hesablanmışdır. 23 iyun 2020-ci il tarixli, 20-03127/06/AA-2366/20 nömrəli sığorta aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində faydalanan şəxs İctimai Televiziya və Radio Yayımları Şirkətinə 3500 manat məbləğində zərər dəymiş və həmin məbləğdə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. 22 aprel 2021-ci il tarixli, 21-01837/04/AA-2366/20/1 nömrəli sığorta aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində faydalanan şəxs X3 450 manat məbləğində zərər dəymiş və həmin məbləğdə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. 01 iyun 2020-ci il tarixli, 20-03089/05/AA-2366/20 nömrəli sığorta aktından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində faydalanan şəxs X8 750 manat məbləğində zərər dəymiş və həmin məbləğdə sığorta ödənişi edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli, 006006 nömrəli ödəniş tapşırığından görünür ki, 3500 manat məbləğində sığorta ödənişi İctimai Televiziya və Radio Yayımları Şirkətinə ödənilmişdir. xx.xx.2021-ci il tarixli, 003865 nömrəli ödəniş tapşırığından görünür ki, 450 manat məbləğində sığorta ödənişi X3 ödənilmişdir. xx.xx.2020-ci il tarixli, 005297 nömrəli ödəniş tapşırığından görünür ki, 750 manat məbləğində sığorta ödənişi X8 ödənilmişdir. Tərtər Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 1(061)-54/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X18 arasında xx.xx.2020ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz C 200” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz C 200” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yolnəqliyyat hadisəsi törətmiş, nəticədə“Tofash Şahin” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21065” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə və X1 yüngül zərər vurmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC cəmi 4700 (dörd min yeddi yüz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bərdə Rayon Polis X10 iddiaçıya təqdim etdiyi sənədlərə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. O cümlədən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz C 200” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin 09 yanvar 2020-ci il tarixdə idarə etdiyi Mercedes Benz C220 minik markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi törətməsi, nəticədə “Tofash Şahin” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə, “VAZ 21065” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 yüngül zərər vurmaqla, cəmi 4700 manat məbləğində ziyan vurması, vurulmuş ziyanın iddiaçı tərəfindən faydalanan şəxslərə ödənilməsi məhkəmə iclasında mötəbər sübutlarla təsdiq edildiyindən iddia tələbi təmin edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı "xxxx" ASC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 67 (altmış yeddi) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tam təmin edildiyindən iddia verilməsi üçün ödənilmiş 67 (altmış yeddi) mаnаt məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Subroqasiya qaydasında pul tələbi”nə dair iddiası təmin edilsin. Cavabdeh 4700 (dörd min yeddi yüz) manat sığorta ödənişi, 67 (altmış yeddi) manat dövlət rüsumu olmaqla, cəmi 4767 (dörd min yeddi yüz altmış yeddi) manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-416/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-416/2024
24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver