Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4219/2025 10.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi ilə, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kreditin qaytarılması” tələbinə dair mülki işə 10 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hazırki iş üzrə cavabdeh Bərdə rayon Mirzalıbəyli kənd qeydiyyatlı, Cavabdeh onun xeyrinə 4135 manat kredit borcu pulun illik 48% məbləği ilə birlikdə olmaqla cəmi 8000 (səkkiz min) manat məbləğində pulun və 101 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı MMC-də kredit mütəxəssisi işləyir. Bərdə rayon Mirzalıbəyli kəndində yaşayan və həmin kənddə qeydiyyatda olan Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh dəfələrlə Beynəlxalq kredo 2025 MMC-yə qızıl-zinyət əşyası girov qoyaraq illik 48 fazi olmaqla aylıq 4% ilə kredit götürmüşdür. Sonuncu dəfə yəni, 2025-ci ilin yanvar ayında Murad Nifiyev 1 ədəd qızıl zinyət əşyası olan külçə girov qoyaraq 4135 manat pulu 3 ay müddətinə götürmüşdür. Lakin, sonradan 3 ay keçməsinə baxmayaraq Cavabdeh 4135 manat puldan hər hansı bir məbləğ ödəniş etməmişdir. Müştəri 3 ay müdətinə hər hansı bir məbləğdə ödəniş etmədiyi halda onun girov qoyduğu qızıl-zinyət əşyası müqaviləyə əsasən satışa çıxarılır. Cavabdeh 3 ay müddətində hər hansı bir ödəniş etmədiyi üçün girov qoyduğu qızıl külçə satışa çıxarılmış və məlum olmuşdur ki, həmin külçə qızıl deyildir, Cavabdeh saxta külçəni qızıl külçə adıyla girov qoyaraq 4135 manat kredit götürmüşdür. Bu barədə Cavabdeh məlumat vermiş və o saxta külçə girov qoyaraq kredit götürdüyünü etiraf etmişdir. Cavabdeh tərəfindən 4135 manat kredit götürməsi müqabilində ödəniş etmədiyi üçün faiz olaraq ümumillikdə 8000 (səkkiz min) manat pulu ödəməlidir. Cavabdeh barəsində tərəfindən Bərdə rayon polis şöbəsinə də şikayəti olmuşdur. Həmin araşdırma zamanı Cavabdeh izahatı alınarkən isə o, bildirib ki, dəfələrlə o Beynəlxalq kredo 2025 MMC-yə qızıl-zinyət əşyası girov qoyaraq kredit götürmüşdür. Sonuncu dəfə yəni, 2025- ci ilin yanvar ayında Beynəlxalq kredo 2025 MMC-də kredit mütəxəssisi işləyən Nümayəndə yanına getmiş və 1 ədəd qızıl zinyət əşyası olan külçə girov qoyaraq 4135 manat pulu 3 ay müddətinə götürmüşdür. Lakin, sonradan maddi çətinliyi olduğu üçün ödəniş edə bilməmişdir. Nümayəndə onunla əlaqə saxlayaraq həmin qızıl külçənin saxta olduğunu bildirmişdir. Lakin, o girov qoyduğu qızıl külçənin saxta olması barədə məlumatı olmamışdır. O, təqribən 1 iləvvəl həmin qızıl külçəni Bərdə rayonundan tanımadığı və adını bilmədiyi şəxsdən 3750 manata almışdır. Lakin Cavabdeh təhqiqata verdiyi ifadənin yalan olmasına dair əlindəki bütün sübutları təhqiata təqdim etməyə çalışsa da təəssüf ki, təhqiqatçı məndən iş üzrə əhəmiyyət kəsb edən sübutları qəbul etməsini rədd etdi. Cavabdeh onla olan danışığındakı səs yazılarında çox aydın şəkildə özü deyir ki, qızıl külçəni aldığı adamı tanıyır, götürüb gedib qaytarıb pulunu geri almaq istəyir. O bu və buna oxşar digər sübutları Pərvin Səfərliyə təqdim etmək üçün israrlı olsa da, amma əfsus ki, Pərvin Səfərli nə onu Cavabdehlə üzləşdirmədi, nə də əlindəki sübutları qəbul etməmişdir. Nəticədə isə 18 may 2025-ci il tarixli il HK- 1/1735 saylı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ qərar qəbul etmişdir. Həmin HK-1/1735 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərar Bərdə rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 6(021)-7/2025 saylı qərarı ilə ləğv edilmişdir. İş yenidən polis araşdırılmasına qaytarılmış olsa da, lakin Bərdə RPŞ-nin təhqiqatçısı Bəhruz Nuriyev “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ xx.xx.2025-ci il tarixli HK-1/1735 saylı qərar qəbul etmişdir. Belə olduqda o da məcbur qalaraq cavabdehin yerinə işlədiyi təşkilata cibindən ödədiyi pulu faizi ilə birlikdə məhkəməyə mülki qaydada müqavilədən irəli gələn pul tələbi kimi iddia verir. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vicdanla icra etmədi və onlara faizi ilə birlikdə ödəməli olduğu borcu bu günə qədər ödəməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün o, cavabdehlərlə olan əlaqələrindən dolayı, borcunu ödəmək üçün mümkün olan dialoq imkanlarından istifadə etmişdir. Cavabdehdən borcunu ödənilməsi telefon danışğı ilə, tələb edilsə də, lakin hər bir razılaşma borclunun öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün baş tutmamışdır. Çünki cavabdeh onun telfonlarına cavab vermir. Bu səbəbdən, məhkəmənin onun haqqlarını qoruyacağına və cavabdehdə olan borcunu ödəməsinə təminatlı qərar qəbul edəcəyinə ümid edir. Bunu cavabdehin borc müqaviləsi, borcun etirafı barədə səs yazıları, təhqiqatda verdiyi izahatlar təsdiq edir. Borc pulun qaytarıldığı sübut olunmur. Borc pulun qaytarılmadığını sübut etmə yükü borcalanın - cavabdehin üzərinə düşür. İddia tələbinin həcminin azaldılması İddiaçı etibarnamə üzrə nümayəndəsi iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, iş üzrə Cavabdeh 4135 manat və ödənilmiş 61.35 manat dövlət rüsumunun tutulması barədə iddiaçının xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbi həcminin artırılması barədə ərizəyə uyğun çıxış edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında heç bir üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, X1 məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 100.60 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunan əmək müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Nümayəndə arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, HK-1/1735 nömrəli material üzrə cinayət işi başlanması rədd edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, ödənilməsi şərti il 4135 manat kredit götürülmüşdür. xx.xx.2024-cü il tarixli AA-6639 saylı aktdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Girov olaraq 999.9 əyarlı 31.10 qram çəkili qızıl külçə qoyulmuşdur. İş materiallarına əlavə olunmuş məlumatdan görünür ki, İddiaçı MMC VÖEN-i ********** saylıdır. xx.xx.2025-ci il tarixli 2-3(021)-3923/2025 saylı Bərdə Rayon Məhkəməsinin qərardadından görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılması və Nümayəndə tərəfindən ödənilmiş 100,60 (bir yüz manat 60 qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılması qərardad olunmuşdur. Yaşayış yeri haqqında məlumatdan görünür ki, Nümayəndə Bərdə şəhəri Heydər Əliyev prospekti ev.72 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixli 6(021)-7/2025 saylı Bərdə Rayon Məhkəməsinin qərarından görünür ki, Nümayəndə şikayəti təmin edilməsi, Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 18 may 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilməsi, işin yenidən araşdırılmaya göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 68/2-32975/25 saylı məktubdan görünür ki, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarına Whatsapp yazışmalarının fotoşəkilləri əlavə olunmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, şəxsi məqsəd üçün ona 4135 AZN məbləğində vəsait tələb olunur. Buna görə də 4135 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Veriləcək krediti vaxtlı-vaxtında ödəməyi öz öhdəsinə götürür və veriləcək kreditin qaytarılmaması təqdirdə girov qoyduğu qızı əşyalarını onun iştirakı olmadan və məhkəmə orqanlarına müraciət edilmədən satılmasına etiraz etmir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarına CD-disk əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş ərizədən görünür ki, Cavabdeh İddiaçı MMC-nin ondan tələb etdiyi kredit müqaviləsinin məhkəmə ekspertizasının təyin olunması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 302.1. Əşyanın lombarda girovu - şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış müqaviləyə uyğun üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. İş materiallarında olan tərəflər arasında aparılmış və qeydə alınmış CD disk, whatsapp yazışmalarına əsasən müəyyən olunur ki, qızıl külçənin əsli olmaması və öhdəliyin lazımı qaydada icra olunmaması halı cavabdeh tərəfindən mübahisələndirilmir. Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli 20 saylı Qərarı 2.4.23-cü bəndə görə mülki hüquqi mübahisənin tərəfləri arasında olan yazışmalar istisna olunmaqla, bir qayda olaraq şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur. Həmin xüsusatlardan irəli gələrək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh 4135 manat məbləğində pul və 61,35 manat ödənilmiş dövlət rüsumu tutulаrаq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q ə t e t d i:
İddia təmin edilsin. Cavabdeh 4135 (dörd min bir yüz otuz beş) manat məbləğində pul və 61,35 manat ödənilmiş dövlət rüsumu tutulаrаq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev