Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4291/2025 26.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələ, şdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəbrayılov İsmayıl Dilən oğlunun mirası qəbul etmiş vərəsələri Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-ninxeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 2607.12 manat əsas borc məbləğinin, ödənilmiş 46.08 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cəbrayılov İsmayıl Dilən oğlu arasında xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəbrayılov İsmayıl Dilən oğluna 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 382710 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən Cəbrayılov İsmayıl Dilən oğluxx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli, 2758/2025 saylı məktubuna əsasən Cəbrayılov İsmayıl Dilən oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh2 və Cavabdeh1 Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsələrə xx.xx.2025-ci il tarixli 2V-97 və 2V-98 nömrəli vərəsəlik hüquq haqqında şəhadətnamələr verilmişdir. Bankın Bərdə filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cəbrayılov İsmayıl Dilən oğlunun xx.xx.2025-ci ilədək kredit üzrə Banka ödənilməmiş 2607.12 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum Cəbrayılov İsmayıl Dilən oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraqonlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2-34882/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5.1-ci və 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş krеdit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cəbrayılov İsmayıl Dilən oğlu arasında xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəbrayılov İsmayıl Dilən oğluna 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4300 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-X1 vərəsəsi- Bərdə Şəhəri, R.X4 10, Mənzil 8 ünvaninda qeydiyyatda olan oğlu - Cavabdeh2 va o miras amlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak --"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 006/6/25 saylı məktubuna əsasən "xxxx" MMC-də girov saxlanılan müxtəlif çeşiddə qızıl-zinət əşyalarından ibarətdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-X1 vərəsəsi- Bərdə Şəhəri, R.X4 10, Mənzil 8 ünvaninda qeydiyyatda olan oğlu – Cavabdeh1 və o miras amlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak --"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 006/6/25 saylı məktubuna əsasən "xxxx" MMC-də girov saxlanılan müxtəlif çeşiddə qızıl-zinət əşyalarından ibarətdir. Mülki işə əlavə edilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Cəbrayılov İsmayıl Dilən oğlunun qanun üzrə vərəsələri kimi 2607.12 manat borcun ödənilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 46.48 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC ilə Cəbrayılov İsmayıl Dilən oğlu arasında xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cəbrayılov İsmayıl Dilən oğluna 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4300 manat məbləğində kredit verilmişdir. Cəbrayılov İsmayıl Dilən oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cəbrayılov İsmayıl Dilən oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Cəbrayılov İsmayıl Dilən oğluna dair Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmış, müəyyən edilmişdir ki, Cəbrayılov İsmayıl Dilən oğlunun vərəsələri kimi Cavabdeh1, Cavabdeh2 tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Bundan sonra Cəbrayılov İsmayıl Dilən oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. Göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra еtməyən bоrclu krеditоra dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gеcikdirmiş bоrclu gеcikdirmə nəticəsində vurduğu zərər üçün gеcikdirmə zamanı təsadüfən baş vеrmiş icra mümkünsüzlüyünün nəticələri üçün krеditоr qarşısında məsulliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gеcikdirməsisayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasənMirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Yəni kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də kredit müqaviləsi üzrə yaranmış borcu vərəsələr Cavabdeh1 və Cavabdeh2 iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı krеdit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2607.12 manat məbləğində kredit bоrcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 46.48 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC–nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2607.12 (iki min altı yüz yeddi manat 12 qəpik )manat məbləğində kredit bоrcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumu kimi ödənilmiş 46.48 manat tutularaq iddiaçı "xxxx" ASC -nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (Elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-4291/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4291/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver