Məhkəmə qərarları › İş №e-2(021)-4437/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4437/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4437/2025 03.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı “X1 Kredit Təşkilatı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” tələbinə dair mülki işə 03 fevral 2026cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X1 Kredit Təşkilatı” ASC məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "X1 Kredit Təşkilatı" ASC-nin xeyrinə 3836,64 AZN (üç min səkkiz yüz otuz altı manat,altmış dörd qəpik) məbləğində əsas borcu 1220,65 AZN (bir min iki yüz iyirmi manat, altmış beş qəpik) faiz borcu, cəmi 5 057,29AZN (əlli min əlli yeddi manat, iyirmi doqquz qəpik) manat məbləğində borcun və 70,58 AZN (yetmiş manat,əlli səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan tələbə iddia icraatı qaydasında baxılması qərara alaraq iddia icraatına keçirilmişdir. Məhkəmə iclası barəsində tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qeyd olunur ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə öhdəliyin yaranmasına əsas olmuş əsas Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin məhkəməyə təqdim olunmasının zəruriliyi barədə iddiaçı qurum məlumatlandırılmışdır. Lakin həmin zaminlik müqaviləsi elektron məhkəmə informasiya sisteminə əlavə edilməmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.12-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi baxılmamış saxlanılsın. İddiaçı “X1 Kredit Təşkilatı” ASC tərəfindən ödənilmiş 70,58 (yetmiş manat 58 qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar