Məhkəmə qərarları › İş №e-2(021)-4568/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4568/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4568/2025 25.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MM QBKT Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 əsas borc üzrə 2597.99 manat, faiz borcuna görə 129 manat, cərimə borcuna görə 0 manat, cəmi 2726.99 manat məbləğində borcun və 47.27 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********1035 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 197 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1035 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********1035 - 1286165 saylı Zaminlik müqavilələri ilə Cavabdeh3 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşlar. Zaminlik müqavilələrinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərələr arasında bağlanmış kredit müqaviləsinə görə borcalan tərəfindən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 2597.99 manat, faiz borcu üzrə 129 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 2726.99 manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün iddiaçı tərəfindən cavabdehlərə Pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilmişdir. Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü bəndinə müvafiq olaraq, tələbin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutların siyahısı: 1) Kredit müqaviləsi; 2) Kredit kartının mədaxil aktı; 3) Maliyyə arayışı; 4) Kredit ərizə forması; 5) Zaminlik müqaviləsi; 6) Fincard kreditvermə qəbzi; 7) Pretenziya. Cavabdehin etirazı: Cavabdeh2 tərəfindən daxil olmuş “məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə” vəsatətdən görünür ki, cavabdeh hazırkı mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini və ekspertiza qarşısında aşağıdakı sualların: “1) kredit müqaviləsi üzrə qalıq əsas borcunun məbləği nə qədər təşkil edir?; 2) kredit müqaviləsi (əsas kredit məbləğindən ödəmələr çıxılmaqla) hesablanmış faizlər nə qədər təşkil edir?" qoyulmasını xahiş etmişdir. Digər cavabdehlərə Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli **********1035 nömrəli Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı MM QBKT tərəfindən illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə, hər ay 197 manat, sonuncu ay isə 187 manat ödəniş etmək şərti ilə 3500 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə əsas məbləğ 3500 manat, faiz məbləği 1218 manat, ümumi ödəniş məbləği 4718 manat təşkil edir. xx.xx.2023-cü il tarixli **********1***-******* nömrəli Zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, zamin Cavabdeh1 xx.xx.2023-cü il tarixli **********1035 nömrəli kredit müqaviləsi üzrə kredit alan olan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verən İddiaçı MM QBKT-a tam şəkildə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli **********1***-******* nömrəli Zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, zamin Cavabdeh3 xx.xx.2023-cü il tarixli **********1035 nömrəli kredit müqaviləsi üzrə kredit alan olan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verən İddiaçı MM QBKT-a tam şəkildə ödəməyi öz öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli Finca kreditvermə qəbzindən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh2 3500 manat kredit vəsaiti verilmişdir. xx.xx.2023-cü il tarixli Kredit kartının mədaxil (qəbul) aktından görünür ki, Cavabdeh2 İddiaçı MM QBKT tərəfindən kredit kartı verilmişdir. xx.xx.2023-cü il tarixli Kredit ərizə formasından (fərdi kreditlər üçün) görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı MM QBKT-yə əkinçilik və maldarlıq üçün 24 ay müddətinə 5000 manat kredit məbləğinin ayrılması üçün müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı MM QBKT tərəfindən Cavabdeh2 göndərilmiş Xəbərdarlıqdan görünür ki, Cavabdeh2 əsas borc üzrə 2597.99 manat, faiz borcu üzrə 129 manat və cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 2726.99 manat məbləğində borcunun olması barədə məlumat verilmiş, borcun ən qısa müddətdə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı MM QBKT tərəfindən Cavabdeh1 göndərilmiş Xəbərdarlıqdan görünür ki, Cavabdeh2 əsas borc üzrə 2597.99 manat, faiz borcu üzrə 129 manat və cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 2726.99 manat məbləğində borcunun olması barədə məlumat verilmiş, borcun ən qısa müddətdə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı MM QBKT tərəfindən Cavabdeh3 göndərilmiş Xəbərdarlıqdan görünür ki, Cavabdeh2 əsas borc üzrə 2597.99 manat, faiz borcu üzrə 129 manat və cərimə üzrə 0 manat olmaqla, ümumilikdə 2726.99 manat məbləğində borcunun olması barədə məlumat verilmiş, borcun ən qısa müddətdə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli müqavilə üzrə 902.01 manat əsas borcdan, 1089 manat faiz borcundan, cəmi 2231 manat ödəniş etmişdir. Cavabdehin müqavilə üzrə 2597.99 manat əsas borc, 129 manat faiz borcu, cəmi 2726.99 manat qalıq borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT məhkəmədə iddia qaldırmaq üçün 47.27 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. Borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli **********1035 nömrəli kredit müqaviləsi bağlanılmışdır. xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 İddiaçı MM QBKT qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş üzrə İddiaçı MM QBKT krediti verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər nəzərdə tutulmuş müddətdə ödənişi həyata keçirməmişlər, yəni öhdəliyi lazımınca icra etməmişlər, nəticədə iddiaçının tam borc məbləğini tələb etmək hüququ yaranmışdır. Məhkəmə Cavabdeh2 tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə və kredit müqaviləsi üzrə əsas və faiz borcunun yenidən hesablanmasına dair vəsatətə münasibət bildirərək qeyd edir ki, xx.xx.2023-cü il tarixli **********1035 nömrəli Kredit müqaviləsinin 8-ci bəndində olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniləcək əsas məbləğ 3500 manat, faiz məbləği 1218 manat, ümumi ödəniləcək məbləğ isə 4718 manat təşkil edir. Cavabdeh kredit müqaviləsini imzalamaqla ödəniş cədvəlində qeyd olunan ümumi ödəniləcək məbləğlə tanış olduğunu təsdiq edib. xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 902.01 manat əsas, 1089 manat faiz, 239.99 manat cərimə, cəmi 2231 manat ödəniş etmişdir. Cavabdeh verdiyi vəsatətdə “bundan sonra mən ödənişlərimi vaxtı vaxtında edərək ümumilikdə 2.000 manatdan çox pul ödəmişəm” qeyd etmiş, yəni edilmiş ödənişin məbləği tərəflər arasında mübahisələndirilmir. Ödəniş cədvəlindən və maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehdən tələb edilən əsas borc (3500 – 902.01 = 2597.99 manat) və faiz borcu (1218 – 1089 = 129 manat) öz təsdiqini tapır. İddiaçı göndərdiyi pretenziya məktubunda və iddia ərizəsində əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda qeyd edib. Cavabdeh tərəfindən təqdim edilmiş vəsatətdə əlavə ödənişlərin edildiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın qəbul edilməsi üçün kifayət edir, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 2597.99 manat əsas borc, 129 manat faiz borcu, ümumilikdə 2726.99 manat borc məbləği İddiaçı MM QBKT-nın xeyrinə tutulmalıdır. İddia tələbi təmin edildiyindən ödənilmiş 47.27 manat dövlət rüsumunun əvəzi müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı MM QBKT-nın xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 2597.99 manat əsas borc, 129 manat faiz borcu, ümumilikdə 2726.99 (iki min yeddi yüz iyirmi altı manat doxsan doqquz qəpik) manat borc məbləği müştərək qaydada tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 47.27 (qırx yeddi manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar