Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-467/2023 12.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 50.000 (əlli min) manat məbləğində və 240 (iki yüz qırx) manat dövləöt rüsumunun, ümumilikdə 50240 (əlli min iki yüz qırx) manat pul vəsaitinin tutularaq maddi zərər kimi İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh İddiaçı qarşı qarşılıqlı idia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin (ilkin iddiaçının) iddiasının bütünlükdə rədd edilməsinə, alqı-satqı yolu ilə alaraq ********** qeydiyyat nömrəli çıxarışla onun mülkiyyətində olan 51,40 kv.m. obyektdən çıxarılmasına və ödədiyi 101 manat dövlət rüsumun alınıb ona verilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsini və öz sənədlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, ərizəçinin ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dаir ərizəsi” baxılmamış saxlanılsın və sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-467/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-467/2023
12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver