Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4714/2025 27.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı "xxxx" ASCnın Cavabdeh qarşı “borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul” tələbinə dair mülki işə 27 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 aprel 2024-cü il tarixli 348123-CNS-54574 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 7.488,62 (yeddi min dörd yüz Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: səksən səkkiz, 62) manat məbləğində əsas borc, 150,82 (bir yüz əlli, 82) manat məbləğində faiz borcu, ümumilikdə isə 7.639,44 (yeddi min altı yüz otuz doqquz, 44) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 96,39 (doxsan altı, 39) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunur ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə öhdəliyin yaranmasına əsas olmuş əsas kredit müqavilələrinin məhkəməyə təqdim olunmasının zəruriliyi barədə iddiaçı qurum məlumatlandırılmışdır. Lakin əsas kredit müqavilələri elektron məhkəmə informasiya sisteminə əlavə edilməmişdir. Göstərilən səbəbdən, iddia Azərbaycan Respublikası MPM-nin 259.0.12-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun restrukturizasiyasına dair müqaviləsi üzrə pul ” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 96.39 (doxsan altı manat 39 qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-4714/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4714/2025
27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver