Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4716/2025 08.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi ilə, İddiaçı “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Mehtiyev Cavid Mehti oğluna qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 və Mehtiyev Cavid Mehti oğlundan müştərək qaydada 2458,04 manat əsas, 536,30 manat faiz borcu, cəmi 2994,34 manat borcun və ödənilmiş 44,60 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Lakin hazırki ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, iddiaçı tərəfindən elektron məhkəmə informasiya sisteminə yükləmiş ərizənin ilkin vərəqində tələbin Cavabdeh1 və Cavabdeh2 qarşı, ikinci vərəqində isə X2 və Mehtiyev Cavid Mehti oğluna qarşı qaldırıldığı qeyd edilmişdir. X1 və Mehtiyev Cavid Mehti oğlundan kredit borcunun tutulmasına əsas ola biləcək sübutlar (Kredit və ya Zaminlik müqavilələri və s.) ərizəyə əlavə edilməmişdir. MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lzımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. MPM 149.2.3.-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərkən 59,50 manat dövlət rüsumu və 0,48 manat bank xidmət haqqı ödəmişdir. MPM-nin 114.1.3-ci madddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Mehtiyev Cavid Mehti oğluna qarşı “kredit borcu” tələbinə dair ərizəsi MPM-nin tələblərinə riayət olunmadan verildiyindən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Mehtiyev Cavid Mehti oğluna qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş (xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzi) 59,50 manat dövlət rüsumu “X3 Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №e-2(021)-4716/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4716/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver