Məhkəmə qərarları › İş №e-2(021)-490/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-490/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-490/2023 18.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiаçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə M ü ə y y ə n e t d i: «Kapital Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 4252.33 manat əsas, 881.07 manat faiz borcu olmaqla cəmi 5133 manat və dövlət rüsumu kimi ödənilmiş 71.33 manat pul vəsaitinin «Kapital Bank” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Kapital Bank” ASC iddia tələbini belə əsaslandırmışdır ki, «Kapital Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir.Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 4252.33 manat əsas, 881.07 manat faiz borcu olmaqla cəmi 5133 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı «Kapital Bank” ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, hazırkı iddia üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli RGTK0264566A137 saylı Kredit Müqaviləsindən görünür ki, «Kapital Bank” ASC tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 22% dərəcəsi ilə 6713.63 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Z-RGTK0264566A137 saylı Zaminlik Müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli RGTK0264566A137 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh2 60 ay müddətinə illik 22% dərəcəsi ilə 6713.63 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 2(021)-489/2023 saylı qətnaməsində görünür ki, 11 iyul 2019-cu il tarixli, RGTK0264566A137 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11 iyul 2019-cu il tarixli, RGTK0264566A137 saylı kredit müqaviləsinə əsasən 4252.33 AZN əsas, 881.07 AZN faiz borcu olmaqla cəmi 5133.4 AZN (beş min yüz otuz üç manat dörd qəpik) məbləğində borc və ödənilmiş 71.33 manat dövlət rüsumu iddiaçı Kapital Bank ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Beləliklə müəyyən olunur ki, iddiaçı qeyd olunan iddia predmeti, eyni tərəf və əsaslar üzrə əvvəllər məhkəməyə müraciət etmiş və iddia tələbinin həmin hissədə təmin olunmasına dair məhkəmə aktı vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiаçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiаçı «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar