Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-51/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 23.500,95 manat əsas borcun və 160.5 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin tutulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 14 mart 2022-ci il tarixə kredit üzrə 23500,95 manat əsas borcu təşkil edir. Daha sonra İddiaçı LPO Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 14 mart 2014-cü il tarixli 08 KT saylı Kredit müqaviləsi üzrə 23 500.95 manat əsas borcu və iş üzrə ödənilmiş 160.5 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mülkiyyət hüququ X1 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşə 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34 A saylı, mülkiyyət hüququ ilə X4 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı və mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/35 saylı fərdi yaşayış evlərinə yönəldilərək həmin əmlakların açıq hərracdan satılması və borcun həmin əmlakların açıq hərracdan satışından əldə olunan vəsait hesabılna ləğv prosesində olan İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qeyd edilən fərdi yaşayış evlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evlərinin boşaldılması və ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə edib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər X4 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə teleqram göndərərək, işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər isə gəlməmişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 14 mart 2014-cü il tarixli, 08KT saylı kredit müqavilələsindən müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-dən 60 ay müddətinə, 7 faiz olmaqla, 7 ay güzəşt müddəti ilə 20000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 17 mart 2014-cü il tarixli, 08 KT saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, X1 məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşə 0.0304 ha torpaq sahəsi ilə birlikdə 34 A saylı, mülkiyyət hüququ ilə X4 məxsus Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 0.10 ha torpaq sahəsi ilə birlikdə 30A saylı və mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bərdə şəhəri, Cavanşir küçəsində yerləşən 0.05 ha torpaq sahəsi ilə birlikdə 5/35 saylı fərdi yaşayış evləri ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 14 mart 2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 14 mart 2014-cü il tarixli 08 KT saylı Kredit müqaviləsi üzrə 23500,95 manat əsas borc, müqavilə müddəti üçün 3.762,02 manat hesablanmış faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 6668.76 manat hesablanmış dəbbə, gecikdirilmiş vaxt üçün 3507.76 manat faiz, cəmi 37439,54 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 14 mart 2014-cü il tarixli 08 KT saylı Kredit müqaviləsi üzrə 23500,95 manat əsas borc, müqavilə müddəti üçün 3.762,02 manat hesablanmış faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 6668.76 manat hesablanmış dəbbə, gecikdirilmiş vaxt üçün 4065,22 manat faiz, cəmi 37997,00 manat məbləğində borcu yaranmışdır. Mülki işə əlavə edilmiş İddiaçı LPO ASC tərəfindən X1 və Cavabdeh ünvanlanmış 10 yanvar 2023-cü il tarixli, **********009 saylı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən görünür ki, kredit borcunun ödənilməsi, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldiəsi barədə xəbərdar edilmişdir. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin e-2(021)-127/2023 saylı 05 dekabr 2023cü il tarixli qərardadları ilə məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/875 sayylı, 20 fevral 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 05KT nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinə, yəni xx.xx.2019-cu il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən əsas borc üzrə- 26.400,51 manat, faiz borcu üzrə- 6.232,20 manat, iş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi, İddiaçı ASC tərəfindən müqavilə müddətindən sonra AR MM-nin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesabamalar aparılması müəyyən edilir. Hesabdan çıxrış məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdə fərmanla bağlı 2899.56 manat pul vəsaiti daxil olmuşdur. Həmin məbləğ İddiaçı ASC tərəfindən əsas borc məbləğindən silinməsi müəyyən edilir. Rəyin tədqiqathissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 05 KT nömrəli Kredit Müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətindən sonrakı illik 5 faizlə xx.xx.2022-ci il tarixinə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o, cümlədən əsas borc üzrə-23500,95 manat, faiz borcu üzrə- 6232,20 manat, 5%-lə hesablanmış faiz borcu üzrə 3.539,24 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, sonradan iş materiallarında aşkar edilməsə də iş üzrə keçirilmiş sonuncu məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış kredit müqaviləsi təqdim edilmiş, lakin müqavilədə bank tərəfindən heç bir imza və möhürün olmadığı məlum olmuşdur. Belə olan halda məhkəmə müqavilə bağlanmasında və müqavilədə imzanın olmamasında, sənədlərin itirilməsində qəsd və ya ehtiyatsızlıq halının olmasında ləğv edilmiş İddiaçı ASC-nin vəzifəli şəxslərinin təqsirli hərəkətlərinin olub-olmamasının müəyyən edilməsi və araşdırmanın aparılması üçün iş üzrə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini zəruri hesab edir. Bundan başqa qəbul edilmiş məhkəmə praktikası və Ali Məhkəmənin ümumiləşdirilmiş məhkəmə təcrübəsində də tərəflər arasında kredit öhdəliyi üzrə münasibətlərin yaranması əsası kimi tərəflər arasında bağlanmış, imzalanmış yazılı kredit müqaviləsinin olmasının zəruriliyi göstərilsə də hazırda belə müqavilə iş materiallarında aşkar edilmir. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı olaraq bağlanmışdırsa, əsas müqavilənin olmaması və ya əsas müqavilədə bankın imzasının olmaması onun etibarlılığını şübhə altına alaraq kredit müqaviləsinin etibarsızlığına və tərəflər arasında kredit münasibətlərinin olmamasına dəlalət edir. Belə olan halda bank tərəfindən hansı əsasla pul vəsaitinin verilməsi və kreditin təminatı olaraq ipoteka müqaviləsinin bağlanması məlum olmur. Odur ki, məhkəmə əsas öhdəliklə bağlı müqavilənin olmamasını nəzərə alaraq öhdəliyin icrasının təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin də etibarsız olması qənaətinə gəlir. Həmçinin, məhkəmə ekspert rəyini də tədqiq edərək onu qeyd etməyi vacib hesab edir ki, ekspertiza rəyi məhkəmə üçün vacib hesab edilmir və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, ekspert rəyinin olması hələ tərəflər arasında kredit müqaviləsinin bağlanması və kredit öhdəliyinin olması demək deyil. Ekspert rəyində yalnız əsas və faiz borcunun miqdarı göstərilir. Mülki Məcəllənin: 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. 460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsait ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilsin. Ləğv prosesində olan İddiaçı ASC-nin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-51/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-51/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver