Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-522/2024 24.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, İddiaçı Ləğv proseində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra iddiaçı və ya LPO İddiaçı ASC) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “xx.xx.2014-cü il tarixli, 2838 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2014-cü il tarixli, 2838 saylı kredit müqaviləsi üzrə 4338.03 (dörd min üç yüz otuz səkkiz manat 03 qəpik) manat əsas, 80.97 (səksən manat 97 qəpik) manat faiz və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 1665 (bir min altı yüz altmış beş) manat məbəğində faiz (5%) borcu olmaqla, cəmi 6084 (altı min səksən dörd) manat və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmeti olan “Mersedes Benz E240” markalı (ban nömrəsi: WDB2100622B463268), **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Bərdə” filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 2838 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik faiz dərəcəsi 24% (iyirmi dörd) faiz ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə xx.xx.2014-cü il tarixli, 2838 saylı ipoteka müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən ona məxsus “Mersedes Benz E240” markalı (ban nömrəsi: WDB2100622B463268), **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Lakin borclu hər iki müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun xx.xx.2014-cü il tarixli, 2838 saylı kredit müqaviləsi üzrə 4338.03 (dörd min üç yüz otuz səkkiz manat 03 qəpik) manat əsas, 80.97 (səksən manat 97 qəpik) manat faiz və kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 1665 (bir min altı yüz altmış beş) manat məbəğində faiz (5%) borcu, cəmi 6084 (altı min səksən dörd) manat borcu yaranmışdır. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Toğrul Şaxtaxtinski məhkəməyə ərizə göndərərək təqdim ediləcək sübutlar, vəsatət və digər sənədlər olmadığı üçün işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh 20 dekabr 2023-cü il tarixdə məhkəməyə ərizə verərək hazırkı mübahisəyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ona qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia qaldırmışdır. “Zaminbank“ ASC-dən 2014cü il tarixdə özünə məxsus olan 2001-ci il model Mercedes E 240 markalı gümüşü metalik **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yüklü olaraq banka qoyaraq kredit götürmüşdür. Ödənişlərini ödəyə bilmədiyindən bankın işçisi Toğrul Şaxtaxtinski adlı kreditora borcun bağlanması üçün öz avtomobilini ona vermişdir. Onlarda ona məxsus olan avtomobili bir neçə şəxsə kreditlə versələr də onun borcunu bağlamamışdır. Ona məxsus olan avtomobili hal-hazırda başqa bir vətəndaşa kreditlə vermişlər. Hesab edir ki, İddiaçı ASC onun avtomobilini bir neçə şəxsə kredit verərək götürülmüş krediti artıqlaması ilə banka ödənildiyinə inanır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 07259943 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə şəhəri M.Müşfiq küçəsi ev 37-də qeydiyyatdadır. 20 fevral 2014-cü il tarixli, 2838 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə üzrə Bank Borcalana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə, 5000 (beş min) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. - Bu müqavilə üzrə kredit istehlak -avtomobilin alınması məqsədi üçün götürülür. - Kredit nağd və ya köçürmə yolu ilə verilir və müştərinin bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. - Borcalan bu kreditdən istifadəyə görə illik 24 % olmaqla faiz ödəyir. -Borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri Ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 48% faizi ödəyir. 20 fevral 2014-cü il tarixli, 2838 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan ilə Borcalan arasında Bərdə şəhərində bağlanmış 20 Fevral 2014-cü il tarixli, 2838 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan Borcalana 24 (İyirmi dörd) ay müddətinə illik 24% olmaqla 5000 (beş min) manat kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan MERCEDES BENZ-E240 markal, Ban WDB**********3268, rəngi Gümüş par., metal, buraxılış ili 2001-ci il olan avtomobili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. - İpoteka saxlayanın ipoteka predmetinə dair hüququ onun ləvazimatlarına da şamil edilir və İpoteka qoyan bunu qəbul edir. - İpoteka predmeti tərəflərin razılığı ilə 7800 (yeddi min səkkiz yüz) manat məbləğində qiymətləndirilir. - İpoteka qoyulan əmlaklar tamamilə İpoteka qoyanın istifadəsində qalır və ipoteka qoyulmuş əmlakın dövlət qeydiyyatı Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən aparılır. - Bu müqavilə üzrə ipoteka predmeti yalnız İpoteka saxlayanın yazılı razılığı əsasında yenidən ipoteka qoyula bilər (İpoteka saxlayanın yazılı razılığı olmadan sonrakı ipotekaya yol verilmir). 04 oktyabr 2023-cü il tarixli, **********178 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 20 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə 26 sentyabr 2023-cü il tarixinə 4338,03 manat əsas, 80,97 manat faiz, 1665 manat dəbbə pulu olmaqla, cəmi 6084 manat məbləğində kredit borcu vardır. 03 oktyabr 2023-cü il tarixli, **********172 nömrəli bildirişdən görünür ki, Cavabdeh tələb olunmuşdur ki, 6084 manat məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin etsin. Əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. 20 oktyabr 2023-cü il tarixli, **********440 nömrəli bildirişdən görünür ki, Cavabdeh tələb olunmuşdur ki, kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsi məqsədi ilə 6084 manat məbləğində borcun 3 gün müddətində bank ödənilməsini və ya ipoteka predmetinə tutma yönəldilməsini təmin etsin. Əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. AC 171374 nömrəli nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsindən görünür ki, Mercedes Benz E240 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestri”dən 20 fevral 2014-cü il tarixli, AA 118004 nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Mercedes Benz E240 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüklülüyü Yevlax RQİ və TBŞ-də xx.xx.2014-cü ildə 450 nömrə ilə qeydiyyata alınmışdır. 23 noyabr 2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 81 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsi 24 noyabr 2023-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə” dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki:
1. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir;
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır;
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında 20 fevral 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh avtomobil alınması məqəsdi ilə 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 5000 manat məbləğində kredit verilmiş, 20 fevral 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “Mersedes Benz E240” markalı (ban nömrəsi: WDB2100622B463268), **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə görə, müqavilənin icra müddəti 20 fevral 2016-cı ildə bitmişdir. Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti də 20 fevral 2019-cu ildə bitmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə 24 noyabr 2023-cü ildə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə iddia qaldırdığı zaman MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini təqribən dörd il on bir aydan artıq bir müddətə üzrsüz səbəbdən buraxmışdır. Göründüyü kimi, iddia müddəti hər hansı üzrlü səbəb olmadan ötürülmüşdür. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli, 2838 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiaçı LPO İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının MM-nin 373.2-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən iddia tələbi təmin edilməməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, 81 manat məbləğində dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qətetdi:
İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “xx.xx.2014-cü il tarixli, 2838 saylı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: Gündüz Abbasov