Məhkəmə qərarları › İş №e-2(021)-685/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-685/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-685/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2n və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması"tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2n və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC -nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərək, mülki iş üzrə borcun tam ödənilməsini, iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia qaytarılası barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, "xxxx" ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2n və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçıya məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259,260,263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: İddiaçı "xxxx" ASC (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2n və Cavabdeh3 qarşı "kredit borcunun qaytarılması"tələbinə dair vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar