Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-902/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbi barədə mülki işə yazılı icraat qaydasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 1392,33 manat əsas borc, 297,19 manat faiz borcu olmaqla, cəmi 1689,52 manat məbləğində vəsaitin və ödənilmiş 36,9 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 284-2-ci maddəsinə görə, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğundan mülki iş Azərbaycan Respublikasının MPMnin 35.1-ci maddəsinə əsasən aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-902/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-902/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver