Məhkəmə qərarları › İş №e-2(021)-99/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-99/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-99/2025 17.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın (bundan sonra iddiaçı və ya ASC "xxxx" Bank) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “xx.xx.2020-ci il tarixli **********10220 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı ASC "xxxx" Bank məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********10220 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 6756,94 (altı min yeddi yüz əlli altı manat 94 qəpik) manat məbləğində əsas borc, 1864,82 (bir min səkkiz yüz altmış dörd manat 82 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2160,49 (iki min bir yüz altmış manat qırx doqquz qəpik) manat məbləğində penya, cəmi 10782,25 (on min yeddi yüz səksən iki manat 25 qəpik) manat məbləğində pul vəsaitinin və xx.xx.2023-cü il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 122.35 (bir yüz iyirmi iki manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ASC “”Xalq” Bankın iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********10220 nömrəli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 8 % (səkkiz faiz) ödənilməsi şərtilə 12600 (on iki min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 nömrəli Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixinə Cavabdeh kreditor qarşısında gecikdirilmiş borcu 8621,76 (səkkiz min altı yüz iyirmi bir manat 76 qəpik) manat təşkil edir ki, bunun da 6756,94 (altı min yeddi yüz əlli altı manat 94 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 1864,82 (bir min səkkiz yüz altmış dörd manat 82 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən, vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 2160,49 (iki min bir yüz altmış manat 49 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması, o cümlədən, Bankla Borcalan arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən, 3.4.3.4-cü yarımbəndinə uyğun olaraq Bank tərəfindən borcun vaxtından əvvəl qaytarılması tələb edilərsə və Borcalan 3.4.3-cü yarımbənddə göstərilən müddətdə borcu tam həcmdə qaytarmaq imkanına malik olmazsa qeyd edilən müddətin bitdiyi gündən başlamaqla Borcalan kreditdən istifadəyə görə faizləri illik 18 % (on səkkiz faiz) dərəcəsilə ödəyir. Bununla bağlı olaraq cavabdehə müvafiq olaraq xx.xx.2021-ci il tarixli 1855 nömrəli xəbərdarlıq məktubu göndərilmiş və müqavilənin 3.4.3-cü yarımbəndinə uyğun olaraq 20 (iyirmi) iş günü ərzində krediti ödənilmə anınadək ona hesablanmış faizlərlə birlikdə Banka qaytarmağı, əks təqdirdə qeyd olunan müddətin bitdiyi gündən başlamaqla kreditdən istifadəyə görə faizləri illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə ödəməli olacağı bildirilmişdir. Göstərilən müddət bitdikdən sonra Borcalan tərəfindən kredit məbləğinin vaxtından əvvəl qaytarılması ilə bağlı hər hansı ödəniş həyata keçirilməmiş və buna görə də həmin tarixdən (xx.xx.2021-ci il) kreditdən istifadəyə görə illik faiz dərəcəsi kredit müqaviləsinin müvafiq şərtinə uyğun olaraq 18% dərəcəsi ilə hesablanmağa başlamışdır. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2022-ci il tarixli BŞ-XO-14.3.2022-002 nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı ASC "xxxx" Bank Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək xx.xx.2020-ci il tarixli **********10220 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 6 756,94 (altı min yeddi yüz əlli altı manat 94 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, xx.xx.2024-cü il tarixinədək kreditdən istifadəyə görə illik 18 % (on səkkiz faiz) dərəcəsi hesablanmış 2 783,77 (iki min yeddi yüz səksən üç manat 77 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 84,09 (səksən dörd manat 09 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2024cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 807,97 (iki min səkkiz yüz yeddi manat 97 qəpik) manat məbləğində penya, cəmi 12 432,77 (on iki min dörd yüz otuz iki manat 77 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 127.35 (bir yüz iyirmi yeddi manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bank Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən yenidən iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə verərək xx.xx.2020ci il tarixli **********10220 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 6 756,94 (altı min yeddi yüz əlli altı manat 94 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borc, xx.xx.2024-cü il tarixinədək kreditdən istifadəyə görə illik 18 % (on səkkiz faiz) dərəcəsi hesablanmış 2 783,77 (iki min yeddi yüz səksən üç manat 77 qəpik) manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 16% (on altı faiz) dərəcəsi ilə hesablanmış 603,62 (altı yüz üç manat 62 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 3295,04 (üç min iki yüz doxsan beş manat 04 qəpik) manat məbləğində penya, cəmi 13 439,37 (on üç min dörd yüz otuz doqquz manat 37 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 130,35 (bir yüz otuz manat 35 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ASC "xxxx" Bankın nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərdi ki, 2021-ci ildə ASC "xxxx" Bankdan kredit götürmüşdür. İşdən azad edildiyinə görə kredit borcunu ödəyə bilməmişdir. ASC "xxxx" Bankın Bakı ofisində işləmiş, hazırda şərlənərək işdən azad edilmişdir. Kredit götürərkən zamini olmuş, lakin bank zaminlik müqaviləsini ona vermir. Bank zaminindən tutmalar apara bilərdi, lakin aparmamışdır. İddiaçının nümayəndəsi bir neçə dəfə ekspertiza təyin etdirməklə vaxtı uzatmışlar və buna görə də ondan əlavə cərimələr tələb edirlər. Kredit borcu olduğunu etiraf edir, lakin rəqəmlər şişirdilmişdir. Birinci ekspert rəyi ilə razıdır. Ekspert rəyinə uyğun qaydada qərar qəbul edilməsinə etiraz etmir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci ildə Bərdə rayonu Xəsili kəndində anadan olmuşdur, Bərdə rayonu Xəsili kəndində qeydiyyatdadır. 19 avqust 2020-ci il tarixli **********10220 nömrəli kredit müqaviləsindən görünür ki, Bank- ASC "xxxx" Bank Borcalan-Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə 12 600 (on iki mtn altı yüz) manat məbləğində, kreditdən istifadəyə görə illik 8% (səkkiz) faiz ödənilməsi şərtilə kredit verməyi, borcalan isə kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürür. - Kredit aşağıdakı məqsədlər üçün verilir: Mənzilin təmiri üçün. -Borcalanın bu Müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2020-ci il tarixli **********10220/ZM nömrəli Zaminlik müqaviləsi (bundan sonra «Zaminlik müqaviləsi» adlandırılacaq) çıxış edir. -Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) barədə məlumat, FİFD-in hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin siyahısı və miqdarı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 02 nömrəli Əlavəsində göstərilir. Borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli **********10220 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixinə borcu ilə bağlı cədvəldən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə ASC "xxxx" Banka 6756,94 manat vaxtı keçmiş əsas borcu, 1864,82 manat hesablanmış adi faiz borcu, 2160,49 manat cərimə faizləri üzrə borcu olmaqla, cəmi 10782,25 manat borcu vardır. Borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli **********10220 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2024-cü il tarixinə borcu ilə bağlı cədvəldən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə ASC "xxxx" Banka 6756,94 manat vaxtı keçmiş əsas borcu, 2783,77 manat hesablanmış adi faiz borcu, 2807,97 manat cərimə faizləri üzrə borcu olmaqla, cəmi 12 432,77 manat borcu vardır. Borcalan Cavabdeh xx.xx.2020-ci il tarixli **********10220 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankı qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2025-ci il tarixinə borcu ilə bağlı cədvəldən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə ASC "xxxx" Banka 6756,94 manat vaxtı keçmiş əsas borcu, 2783,77 manat hesablanmış adi faiz borcu, 3295,04 manat cərimə faizləri üzrə borcu, 603,62 manat kreditin müddətinin bitməsi (xx.xx.2024) tarixindən xx.xx.2025-ci il tarixədək illik 16% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda borcu olmaqla, cəmi 13439,37 manat borcu vardır. xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müvafiq tələbi aldığı tarixdən ən geci 20 (iyirmi) iş günü ərzində krediti Banka qaytarması və ödənilmə anınadək hesablanmış faizləri ödəməsi təkilf olunmuş, əks təqdirdə qeyd edilən müddətin bitdiyi gündən başlamaqla kreditdən istifadəyə görə faizləri illik 18% dərəcəsilə ödəməli olacağı barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı ASC "xxxx" Bank məhkəmədə iddia qaldırmaq üçün 122,35 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı ASC "xxxx" Bank məhkəmədə iddia qaldırmaq üçün əlavə olaraq 5 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı ASC "xxxx" Bank məhkəmədə iddia qaldırmaq üçün əlavə olaraq 3 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Bərdə Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qərardadına əsasən iddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli **********10220 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2024-cü il tarixli 9/1412 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 19 avqust 2020-ci il tarixli **********10220 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-yə sualda qeyd olunan tarixə, yəni xx.xx.2023-cü il tarixə olan borcu 6562,98 manat əsas, 449,94 manat faiz olmaqla, cəmi 7012,92 manat məbləğində müəyyən edilir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı ASC "xxxx" Bankın vəsatəti qismən təmin edilmiş, iddiaçı ASC "xxxx" Bankın Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli, **********10220 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə Təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 9/9253 saylı rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 19 avqust 2020-ci il tarixli **********10220 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-yə sualda qeyd olunan tarixə yəni xx.xx.2023-cü il tarixə olan borcu 7326,83 manat əsas, 1468,64 manat faiz olmaqla, cəmi 8795,46 manat məbləğində müəyyən edilir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh 19 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ASC "xxxx" Bankdan 12600 manat məbləğində kredit götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehdən 6756,94 manat məbləğində əsas kredit borcu, 2783,77 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanmış 603,62 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 3295,04 manat məbləğində penya borcu olmaqla, cəmi 13439,37 manat məbləğində pul tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 9/9253 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh iddia verilən tarixə, yəni xx.xx.2023-cü il tarixə 7326,83 manat əsas, 1468,64 manat isə faiz borcu vardır. İddiaçı iddia ərizəsində cavabdehdən 6756,94 manat məbləğində əsas borc tələb etdiyindən iddia tələbi həmin hissədə iddia ərizəsinə uyğun qaydada, faiz borcuna münasibətdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli, 9/9253 saylı rəyinə uyğun qaydada təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 19 avqust 2020-ci il tarixli, **********10220 saylı kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə kreditin borcluya verilməsi öhdəliyini, borclu isə bu kredit borcunu hissə-hissə qaytarılması öhdəliyini öz üzərinə götürür. Məhkəmə göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmə yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də onun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Azərbaycan Respublikasının MM-nin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. MM-nin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddiaçının 603,62 manat kreditin müddətinin bitməsi (xx.xx.2024) tarixindən xx.xx.2025-ci il tarixədək illik 16% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış fayda borcu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. MM-nin: 462.1-ci mаddəsinə görə, dəbbə pulu (cərimə, penyа) müqаvilə ilə müəyyənləşdirilən, öhdəliyin icrа edilmədiyi və yа lаzımıncа icrа edilmədiyi, о cümlədən icrаnın gecikdirildiyi hаldа bоrclunun kreditоrа ödəməli оlduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditоr оnа zərər vurulduğunu sübutа yetirməyə bоrclu deyildir. 463.2-ci mаddəsinə görə, dəbbə pulu hаqqındа rаzılаşmа əsаs öhdəliyin fоrmаsındаn аsılı оlmаyаrаq yаzılı fоrmаdа bаğlаnmаlıdır. 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə belə hesab edir ki, iddiaçı ASC "xxxx" Bank tərəfindən müəyyən edilmiş 3295,04 manat məbləğdə cərimə (dəbbə pulu) tənasübsüz surətdə yüksək məbləğdir. Ona görə də cərimənin (dəbbə pulu) azaldılaraq 1500 (bir min beş yüz manat məbləğində saxlanılması daha məqsədəuyğun olmaqla, bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə iddia ərizəsinə uyğun qaydada, faiz borcuna münasibətdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli 9/9253 saylı rəyinə uyğun qaydada təmin edilməli, cərimə borcu isə azaldılmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı ASC "xxxx" Bank öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 130,35 (bir yüz otuz manat 35 qəpik) manat dövlət rüsumu ödəmişdir. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 117,25 (bir yüz on yeddi manat 25 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İş materiallarında olan: Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 30 avqust 2024-cü il tarixli 9/1412 nömrəli bildirişindən müəyyən edilir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 30 yanvar 2025-ci il tarixli 9/9253 nömrəli bildirişindən müəyyən edilir ki, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat Cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli **********10220 nömrəli kredit müqaviləsi üzrə borc məbləğinin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 6756,94 (altı min yeddi yüz əlli altı manat 94 qəpik) manat məbləğində əsas, 1468,64 (bir min dörd yüz altmış səkkiz manat 64 qəpik) manat faiz, 1500 (bir min beş yüz) manat cərimə borcu, 117,25 (bir yüz on yeddi manat 25 qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 9842,83 (doqquz min səkkiz yüz qırx iki manat 83 qəpik) manat borc tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Bankın xeyrinə ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar