Məhkəmə qərarları › İş №e-2(022)-103/2024

Biləsuvar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(022)-103/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-103/2024 15.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, İddiaçı Allahverdi qızının, onun nümayəndəsi və vəkili, Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Allahverdi qızının Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş 11.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Allahverdi qızı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş 11.500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Allahverdi qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh onun əmisi oğludur. Onun oğlu “Vətən müharibəsi”ndə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuşdur. Onun oğlu şəhid olduğuna görə ona “Yaşat” Fondu və “Heydər Əliyev” Fondu tərəfindən müvafiq olaraq 11 min və 10 min manat məbləğində birdəfəlik ödəmələr edilmişdir. O, həmin vəsait hesabına digər övladına yaşayış evi inşa etmək məqsədilə, həmin pul vəsaitinin xərcləməyərək, özündə saxlamışdır. 2023-cü ilin fevral ayının ortalarında əmisi oğlu Cavabdeh onun qardaşı Şahid1 vasitəçiliyi ilə onun yaşadığı evə gələrək, Bakı şəhərində meyvə mağazası açmaq istədiyini bildirmiş, bu məqsədlə görə ondan borc pul istəmiş, borcunu həmin ilin sentyabr ayına qədər qaytaracağını vəd etmişdir. O, Cavabdeh inanaraq, şəhid övladının “qan pulu” qismində ödənilmiş vəsaitin 7.500 manat məbləğində hissəsini borc qismində cavabdehə verməyə razılaşmışdır. O, borcun payızda yağış mövsümü başlayandək qaytarmalı olduğunu təkidlə Cavabdeh bildirmişdir. Cavabdeh isə borcunu 2023-cü ilin sentyabr ayınadək qaytaracağını ona vəd etmiş, onu inandırmaq üçün icarəyə götürdüyü meyvətərəvəz dükanının şəkillərini telefonda ona göstərmiş, hətta kiçik oğlunun həmin meyvə tərəvəz mağazasında satıcı işləməsinə icazə verməsini xahiş etmişdir. Buna görə də o, cavabdehə inanaraq, 2023-cü ilin fevral ayında 7.500 manat məbləğdə pul vəsaitini qardaşı Şahid1, sonuncunun oğlu Şahid2 və şərikli mal-qara alveri etiyi X1 yanında nağd şəkildə Cavabdeh vermişdir. Bundan təxminən 1 ay sonra, mart ayının ortalarında Cavabdeh təkrarən onun yaşadığı evə gələrək, ondan daha 4.000 manat məbləğində borc istəmişdir. Cavabdeh bütün borcunu 2023-cü ilin sentyabr ayına qaytaracağını vəd etdiyinə görə o, özündə olan 4.000 manat məbləğində pul vəsaitini qardaşı Şahid1, sonuncunun şəriki B.H.Xammədovun yanında cavabdehə vermişdir. Həmin vaxt Cavabdeh qardaşı Şahid1 oğlu Şahid2 Bakı şəhərində açdığı mağazada fəhlə işinə götürdüyü üçün o, Cavabdeh borcunu qaytaracağına tam inanmışdır. 2023-cü ilin avqust ayında əri Şahid3 işlədiyi Şamaxı rayonundan yaşadığı evə qayıtdıqdan sonra o, Cavabdeh verdiyi borc vəsaitləri barədə ərinə məlumat vermişdir. Cavabdehin ona vəd etdiyi vaxtda, yəni 2023-cü ilin sentyabr ayında o, Cavabdehla əlaqə saxlamış və borcunu geri qaytarmasını tələb etmişdir. Bundan sonra Cavabdeh, təkrarən qardaşı Şahid1la birlikdə onun yaşadığı evə gələrək, borcunu qaytarması üçün ona 10 gün möhlət verməsini xahiş etmişdir. Belə ki, Cavabdeh əri Şahid3 və qardaşı Şahid1 yanında, namusuna və övladlarının canına and içərək ona olan borcunu 10 gün ərzində qaytaracağına dair vəd vermiş, ondan polisə şikayət etməməsini xahiş etmişdir. Həmin vaxt Cavabdeh Biləsuvar rayonu, Bəydili kəndində icarəyə götürdüyü 24 hektar torpaq sahəsində əkdiyi süpürgə məhsulunun yığımını həyata keçirdikdən sonra qaytaracağını bildirmişdir. O, cavabdehə mövsümün yağışlı olacağı təqdirdə əkin xarab olarsa, borcunu necə qaytaracağını soruşduqda, həmin şəxs təkrar-təkrar namusuna and içərək ona olan borcunu qaytaracağına dair vədlər vermişdir. Lakin həmin vaxtdan sonra cavabdeh onun heç bir telefon zənginə cavab verməmiş və borcunu ödəməkdən boyun qaçırmışdır. Buna görə də o, qardaşı Şahid1 cavabdehi onun evinə gətirdiyinə və sonuncuya zamin durduğuna görə məcbur etmişdir ki, polisə müraciət etsin. Aparılmış araşdırma zamanı Cavabdeh, o cümlədən onun və digər şahidlərin izahatı alınmış və 24 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra o, Biləsuvar rayon Məhkəməsinə mülki qaydada iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin o bildirdi ki, o, Cavabdeh borc verdiyi vaxt orada B.H.Xammədov da olmuşdur, lakin həmin şəxs qardaşının səhhəti ilə əlaqədar Rusiya Federasiyasına getmişdir və hazırda həmin ölkədə olduğu üçün məhkəmə iclasına gəlməmişdir. Sonda, İddiaçı iddianın təmin edilməsini, 11.500 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı 06 noyabr 2023-cü il tarixli iddia ərizəsinə yazılı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı onun əmisinin qızıdır. O, iddiaçının şəhid övladının yas mərasimində 2020-ci ilin sentyabr ayında iştirak etmiş və həmin vaxtdan sonra İddiaçı ilə görüşməmişdir. O, 2023-cü ilin fevral ayında iddiaçıdan heç bir pul vəsaiti borc almamışdır. Belə ki, Şahid1 19 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə müraciət edərək, guya onun həmin şəxsdən dələduzluq yolu ilə 14.500 manat məbləğində pul aldığını bildirmişdir. Həmçinin Şahid1 həmin şikayətində guya ona verdiyi 14.500 manat məbləğində pul vəsaitini bacısı İddiaçı verilmiş şəhid pulundan verdiyini bildirmişdir. O, Şahid1 4.500 manat, sonradan daha 2.000 manat borc almışdır. Lakin Şahid1 ona həmin pulları sələmə götürdüyünü və buna görə də ona 14.500 manat qaytarmalı olduğunu bildirmişdir. O, həmin pul vəsaitinə görə Şahid1 əvvəlcə 1.600 manat ödəniş etmiş, daha sonra isə dostu Aqilə 1.500 manat verərək, həmin pul vəsaitinin üstünə 30 manat da qoyaraq, Şahid1 verməsini tapşırmışdır. Onun tanışı Aqil “Okoyl” yanacaq doldurma məntəqəsinin yanında həmin məbləğdə pul vəsaitini Şahid1 vermişdir. Sonradan o, Aqildən 2.000 manat borc almış və həmin pulu Aqilin və digər tanışı X4 yanında Şahid1 vermişdir. Həmçinin 2023-cü ilin iyun ayında Biləsuvar rayonu, Bəydili kəndində yerləşən, X5 məxsus fermanın yanında, M.S.Əzizov onun borcunun əvəzində 5.000 manat, daha sonra isə 2023-cü ilin iyul ayında “Ay işığı” restoranın yanında daha 5.000 manat məbləğində pul vəsaitlərini Şahid1 vermişdir. Onun mobil telefonunu Şahid1 oğlu Rəhman götürdükdən sonra həmin telefonda olan başqa bir qadının şəkillərini əsas tutaraq, Şahid1 həmin şəkilləri yaymaqla onu şantaj edərək, ondan daha 1.200 manat məbləğində pul istəmişdir. O isə daha həmin şəxsə pul verməyəcəyini bildirmiş və buna görə də Şahid1 onun barəsində polisə şikayət etmişdir. Şahid1 polis şöbəsində onun üzünə duraraq, guya onun bacısı İddiaçı borc pul aldığını bildirmişdir. O, İddiaçı nəinki 11.500 manat məbləğində borc almış, hətta həmin şəxslə 3 il ərzində heç vaxt görüşməmiş və ya əlaqə saxlamamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını, onun nümayəndəsini və vəkilini və şahidləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, İddiaçı əridir. O, Şamaxı şəhərində işlədiyi vaxt arvadı İddiaçı öz əmisi oğlu Cavabdeh 7.500 manat və 4.000 manat olmaqla, cəmi 11.500 manat borc verdiyini sonradan – 2023-cü ilin sentyabr ayında Biləsuvar rayonuna gəldiyi vaxt öyrənmişdir. Həmin hal barədə onun arvadı İddiaçı ona məlumat vermişdir. Buna görə də o, Cavabdeh evinə dəvət etmişdir. O, borcunu qaytarmayacağı təqdirdə polisə müraciət edəcəyini Cavabdeh bildirdikdən sonra cavabdeh namusu üzərinə and içərək, 24 hektarlıq torpaq sahəsində əkdiyi süpürgə məhsulunu biçdikdən sonra pulu qaytaracağını ona bildirmişdir. Həmin vaxt onların yanında Şahid1 da olmuşdur. Buna görə də o, polisə şikayət etməmişdir. Lakin Şahid1 sentyabr ayı bitdikdən sonra da onlara olan borcunu ödəməmiş və onların zənglərinə də cavab verməmişdir. Buna görə də İddiaçı qardaşı Şahid1 polisə şikayət etməyə məcbur etmişdir. Onun fikrincə Cavabdeh dəfələrlə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməməsi də həmin şəxsin təqsirkar olduğu və məhkəmə iclaslarında iddia tələbini təkzib etməyə üzünün gəlmədiyi qənaətinə gəlməyə əsas verir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də, mal-qara alveri ilə məşğul olur. Cavabdeh onun əmisinin oğludur və həmin şəxslə münasibətləri normal olmuşdur. 2023-cü ilin fevral ayının ortalarında cavabdeh onun yanına gələrək Bakı şəhərində meyvə-tərəvəz mağazası açmaq istədiyini, lakin mağazanın icarə haqqını ödəmək və meyvə-tərəvəz alıb mağazaya yığmaq üçün pulu olmadığını bildirmiş və ondan borc istəmişdir. O, Cavabdeh hazırda pulu olmadığını bildirərək, ona borc verə bilməyəcəyini söyləmişdir. Bundan sonra Cavabdeh onun bacısı İddiaçı onun üçün borc pul istəməsini ondan xahiş etmişdir. Buna görə də o, Cavabdeh ilə birlikdə bacısı İddiaçı evinə getmişdir. Həmin vaxt onların yanında onun oğlu Rəhman və şərilkli mal-qara alveri etdiyi B.H.Xammədov da olmuşdur. Cavabdeh İddiaçı Bakı şəhərində meyvə-tərəvəz mağazası açmaq istədiyini, lakin bunun üçün pulu olmadığını bildirmişdir. Buna görə də həmin şəxs İddiaçı borc pul istəmişdir. Cavabdeh həmin vaxt telefonunda olan həmin mağazaya dair fotoları da onlara göstərmişdir. İddiaçı da inanaraq, cavabdehə 7.500 manat məbləğində borc pul vermişdir. Sonradan, 2023-cü ilin mart ayında o, İddiaçı qonşusunun həyətində fəhləlik etdiyi vaxt Cavabdeh ona zəng vurmuş və onunla birlikdə iddiçının evinə getməsini ondan xahiş etmişdir. O, Cavabdeh ilə birlikdə təkrarən İddiaçı evinə getmiş və orada Cavabdeh İddiaçı 4.000 manat məbləğində borc istəmişdir. Həmin vaxt İddiaçı daha 4.000 manat məbləğində pul vəsaitini borc qismində Cavabdeh vermişdir. İddiaçı Cavabdeh 7.500 manat və 4.000 manat, ümumilikdə 11.500 manat məbləğində pul vəsaitlərini onun və B.H.Xammədovun yanında Cavabdeh vermişdir. Cavabdeh İddiaçı aldığı pul vəsaitlərini 2023-cü ilin sentyabr ayınadək qaytaracığını vəd etsə də, iddiaçıya olan borcunu halhazıradək geri ödəməmişdir. Həmçinin o, özü də Cavabdeh hissə-hissə olmaqla, ümumilikdə 4.150 manat məbləğində borc versə də, onun təkidi ilə cavabdeh ona olan borcunu 2023-cü ilin aprel ayında 2.000 manat və 1.500 manat olmaqla, iki dəfəyə, cəmi 3.500 manat məbləğində hissəsini geri qaytarmışdır. Hazırda cavabdehin ona 650 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu vəd etdiyi vaxtadək geri qaytarmadığına görə 2023-cü ilin sentyabr ayında o, bacısı İddiaçı tələbi ilə, Cavabdehla birlikdə, iddiaçının yaşadığı evə getmişdir. Həmin vaxt cavabdeh borcunu qaytarması üçün ona daha 10 gün möhlət verməsini iddiaçıdan xahiş etmişdir. Belə ki, Cavabdeh İddiaçı və sonuncunun əri Şahid3 yanında namusuna və övladlarının canına and içərək, iddiaçıya olan borcunu 10 gün ərzində qaytaracağına dair vəd vermiş, ondan polisə şikayət etməməsini xahiş etmişdir. Həmin vaxt Cavabdeh Biləsuvar rayonu, Bəydili kəndində icarəyə götürdüyü 24 hektar torpaq sahəsində əkdiyi süpürgə məhsulunun yığımını həyata keçirdikdən sonra qaytaracağını bildirmişdir. O, Cavabdeh həmin vədinə də əməl etmədiyinə görə və borc məsələsində tərəflər arasında vasitəçilik etdiyi üçün bacısı İddiaçı təkidi ilə cavabdehdən Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. B.H.Xammədov onun şəriki olduğuna görə Cavabdeh iddiaçından borc pul vəsaitlərini alarkən, hər dəfə B.H.Xammədov da onlarla birlikdə iddiaçının evində gəlmişdir. Həmçinin Cavabdeh onun oğlu Şahid2 da özü ilə Bakı şəhərində açdığı meyvə-tərəvəz mağazasına aparmış və yanında aylıq 400 manat əməkhaqqı verməklə işlətmişdir. Onun Cavabdeh ilə heç bir şərikli işi və ya ticarəti olmamışdır. O, özü dəfələrlə İddiaçı borc pul almış və sonuncuya olan borcunu da qaytarmışdır. İddiaçı Cavabdeh borc verdiyi vaxt orada B.H.Xammədov da olmuşdur, lakin həmin şəxs hazırda Rusiya Federasiyasındadır və buna görə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 2023-cü ilin fevral ayının ortalarında Cavabdeh onların evinə gəlmişdir. Həmin vaxt onların evində ailə üzvləri ilə yanaşı onun dostu və atasının şəriki B.H.Xammədov da olmuşdur. Cavabdeh onun atası Şahid1 borc pul istəmiş, lakin atası həmin məbləğdə pulunun olmadığını cavabdehə bildirmişdir. Bundan sonra isə Cavabdeh onun bibisi İddiaçı pul istəməsini Şahid1 xahiş etmişdir. Buna görə də o, atası Şahid1, Cavabdeh və B.H.Xammədov ilə birlikdə İddiaçı evinə getmişdir. Cavabdeh Şahid1 zamin durması ilə iddiaçıdan borc pul istəmiş və İddiaçı 7.500 manat məbləğində pulu sayaraq, cavabdehə təqdim etmişdir. Bundan az sonra Cavabdeh onu da özü ilə birlikdə Abşeron rayonu, Masazır kəndində icarəyə götürdüyü meyvə-tərəvəz mağazasına aparmış və onun yanında işlədərək, ona ayda 400 manat məbləğində zəhməthaqqı vermişdir. 2023-cü ilin mart ayında Cavabdeh Biləsuvar rayonuna getmiş və geri gəldiyi vaxt onun bibisi İddiaçı daha 4.000 manat borc aldığını bildirmişdir. O, Cavabdeh İddiaçı 4.000 manat pulu aldığı vaxt orada olmamışdır. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X3 24 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şahid1 Cavabdeh onu aldadaraq, 11.700 manat məbləğində pulunu mənimsədiyi barədə şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahid ifadləri ilə təsdiq olunur ki, Cavabdeh 2023-cü ilin fevral ayında İddiaçı ayrı-ayrılıqda 7.500 manat və 4.000 manat olmaqla, ümumilikdə 11.500 məbləğində borc almışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. İş materillarından görünür ki, cavabdehə 27 oktyabr 2023-cü il tarixli, 28 noyabr 2023-cü il tarixli və 26 dekabr 2023-cü il tarixli bildirişlərlə 28 noyabr 2023-cü il tarixə, 26 dekabr 2023-cü il tarixə və 25 yanvar 2024-c üil tarixə təyin olunmuş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri göndərilmiş, lakin cavabdeh həmin bildirişlərlə birlikdə göndərilmiş iddia ərizəsini aldıqdan 20 gün sonra iddia tələbinə dair özünün yazılı etirazını məhkəməyə bildirsə də, etirazın əsaslarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də mülki işin məhkəmədə baxılmağa hazırlanması cavabdehin iştirakı olmadan həyata keçirilmiş və məhkəmə baxış iclası 15 fevral 2024-cü il tarixə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, əsassız varlanma nəticəsində əldə edilmiş 11.500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin cavabdeh məhkəməyə yazılı etiraz ərizəsi ilə müraciət edərək, iddiaya yazılı qaydada etiraz təqdim etsə də, iddianın təmin edilməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsaəsən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 20 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsaəsən şəhid ailələri məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan 004702 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailəsi üzvü statusuna malikdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə və iddiaçı şəhid ailəsi üzvü olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyinə görə dövlət rüsumunun əvəzi qismində 124 manat 50 qəpik manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Allahverdi qızının iddiası təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin əvəzi qismində 11.500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti İddiaçı Allahverdi qızının xeyrinə tutulsun. Cavabdeh iş üzrə dövlət rüsumunun əvəzi qismində 124 (bir yüz iyirmi dörd) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi nəfinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Biləsuvar rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə ondan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar