Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1031/2025 03.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 06 avqust 2024-cü il tarixli, 365nkAHM/24 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18.273 manat 14 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.361 manat 59 qəpik, cərimə qismində 117 manat 93 qəpik, cəmi 20.752 manat 66 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152 manat 66 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, işi məhkəmədə baxılmağa hazırlamaq haqqında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 06 avqust 2024-cü il tarixli, 365nkAHM/24 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18.273 manat 14 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.361 manat 59 qəpik, cərimə qismində 117 manat 93 qəpik, cəmi 20.752 manat 66 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152 manat 66 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 03 iyul 2025-ci il tarixə təyin edilmişdir. 12 iyul 2025-ci il tarixdə iddiaçı «X1» açıq səhmdar cəmiyyətinin nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə Biləsuvar rayon Məhkəməsinə ünvanladığı ərizəsi ilə tərəflər arasında olan mübahisənin məhkəmə qaydasında həllinə dair zərurətin aradan qalxdığını bildirərək, həmin iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə hesab edir ki, təkrarən məhkəmənin çağırışlarına gəlməyən cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb edib-etməməsini müəyyən etməyə zərurət yoxdur, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə isə məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2022-ci il tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2.1.2 və 2.1.3-cü bəndlərinə görə ərizələr (şikayətlər) qaytarıldıqdaa və ya ərizə baxılmamış saxlanıldıqda, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu onu tutan orqanın müraciəti əsasında dövlət büdcəsindən geri qaytarılır. Dövlət rüsumunun qaytarılması məhkəmələrin məktubu və ya icra və probasiya şöbələrin tələbin könüllü icrası haqqında bildirişi, icraata başlamaq haqqında qərarı ilə təqdim olunan məhkəmə qərarları və ya Ədliyyə Nazirliyinin müraciəti üzrə vergi orqanları tərəfindən tərtib olunan rəylər əsasında həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunu tutan orqanın qeydiyyatda olduğu müvafiq vergi orqanından və həmin məbləğlərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq vəsaitin qaytarılması maliyyə orqanı tərəfindən təmin edilir. Buna görə də məhkəmə hesab edir ki, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 06 avqust 2024-cü il tarixli, 365nkAHM/24 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18.273 manat 14 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.361 manat 59 qəpik, cərimə qismində 117 manat 93 qəpik, cəmi 20.752 manat 66 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152 manat 66 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi geri qaytarıldığına görə, iddiaçı tərəfindən 13 may 2025-ci il tarixdə, “Azərbaycan Respublikası Mərkəzi Bankı - X2” vasitəsilə 142211 büdcə təsnifat kodu üzrə ********** nömrəli qəbzlə dövlət rüsumu qismində ödənilmiş 152 manat 66 qəpik məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 114, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 06 avqust 2024-cü il tarixli, 365nkAHM/24 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 18.273 manat 14 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 2.361 manat 59 qəpik, cərimə qismində 117 manat 93 qəpik, cəmi 20.752 manat 66 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 152 manat 66 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. «X1» açıq səhmdar cəmiyyəti tərəfindən iş üzrə dövlət rüsumu qismində 13 may 2025-ci il tarixdə, “Azərbaycan Respublikası Mərkəzi Bankı - X2” vasitəsilə 142211 büdcə təsnifat kodu üzrə ********** nömrəli qəbzlə dövlət rüsumu qismində ödənilmiş 152 (bir yüz əlli iki) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti «X1» açıq səhmdar cəmiyyətinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar rayon Məhkəməsinə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1031/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1031/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver