Məhkəmə qərarları › İş №e-2(022)-1038/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1038/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1038/2023 12.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 16 sentyabr 2022-ci il tarixli, XDNPU-04450/2 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 8727 (səkkiz min yeddi yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik, faiz borcuna görə 385 (üç yüz səksən beş) manat 84 (səksən dörd) qəpik, dəbbə borcuna görə 302 (üç yüz iki) manat 57 (əlli yeddi) qəpik, cəmi 9415 (doqquz min dörd yüz on beş) manat 89 (səksən doqquz) qəpik məbləğində pulun və 114,16 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsiində göstərilmişdir ki, İddiaçıASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli, XDNPU-04450/2 saylı kredit müqaviləsinə əsasən illik 15 % (on beş) faiz dərəcəsi olmaqla 44 (qırx dörd) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir. 16 sentyabr 2022-ci il tarixli, XDNPU-04450/2 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır.Tərəflər arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli, XDNPU-04450/2 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 16-dan gec olmayaraq hər ay 296,86 (iki yüz doxsan altı manat 86 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir.Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 16 sentyabr 2022-ci il tarixli, XDNPU04450/2 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 8727,48 (səkkiz min yeddi yüz iyirmi yeddi manat 48 qəpik) manat, faiz borcuna görə 385,84 (üç yüz səksən beş manat 84 qəpik) manat, dəbbə borcuna görə 302,57 (üç yüz iki manat 57 qəpik) manat, borcun cəmi məbləği 9415,89 (doqquz min dörd yüz on beş manat 89 qəpik) manat təşkil edir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 sentyabr 2022-ci il tarixli №XDNPU-04450/2 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 29% borc faizləri ödəməsi şərtilə, 60 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. İşdə olan kassa məxaric orderin kserosurətindən görünür ki, Cavabdeh 16 sentyabr 2022-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətindən 1860.88 manat məbləğində pul vəsaitini qəbul etmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 02 avqust 2023-cü il tarixə 16 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya əsas borc qismində 8727.48 manat, faiz borcu qismində 385.84 manat, dəbbə pulu qismində 302.57 manat borcu vardır. Beləliklə, işdə olan sübutlarla cavabdehin İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, iddiaçıya 02 avqust 2023-cü il tarixə 16 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya əsas borc qismində 8727.48 manat, faiz borcu qismində 385.84 manat, dəbbə pulu qismində 302.57 manat məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 16 sentyabr 2022-ci il tarixli №XDNPU-04450/2 saylı kredit müqaviləsi üzrə 02 avqust 2023-cü il tarixə 16 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya əsas borc qismində 8727.48 manat, faiz borcu qismində 385.84 manat, dəbbə pulu qismində 302.57 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 114.16 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 16 sentyabr 2022-ci il tarixli №XDNPU-04450/2 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 8727 (səkkiz min yeddi yüz iyirmi yeddi) manat 48 (qırx səkkiz) qəpik, faiz borcu qismində 385 (üç yüz səksən beş) manat 84 (səksən dörd) qəpik, dəbbə pulu qismində 302 (üç yüz iki) manat 57 (əlli yeddi) qəpik, cəmi 9415,89 (doqquz min dörd yüz on beş manat, səksən doqquz qəpik), habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 114 (yüz on dörd) manat 16 (on altı) qəpik məbləğdə pul vəsaiti İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar