Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1049/2025 03.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8525 (səkkiz min beş yüz iyirmi beş) manat əsas borc, 2102 (iki min yüz iki) manat 93 (doxsan üç) qəpik faiz borcu, 495 (dörd yüz doxsan beş) manat 69 (altmış doqquz) qəpik cərimə borcunun, cəmi 11123 (on bir min yüz iyirmi üç) manat 62 (altmış iki) qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (yüz iyirmi üç) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********1854 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 10100 (on min yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 448 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1854- ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********1854 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh3 8525.00 AZN əsas borc, 2102.93 AZN faiz borcu, 495.69 AZN cərimə, cəmi borcu 11123.62 (on bir min yüz iyirmi üç manat, altmış iki qəpik) AZN təşkil edir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə məktub ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli **********1854 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********1854 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 23 faiz dərəcəsi olmaqla, 30 ay müddətinə 10100 manat məbləğdə kredit verilmişdir. İşdə olan «Finca Azerbaijan” MM QBKT-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 ilə İddiaçı MM QBKT arasında bağlanmış xx.xx.2024cü il tarixli **********1854 saylı kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 8525 (səkkiz min beş yüz iyirmi beş) manat, faiz borcuna görə 2102 (iki min yüz iki) manat 93 (doxsan üç) qəpik, cərimə borcuna görə 495 (dörd yüz doxsan beş) manat 69 (altmış doqquz) qəpik, cəmi 11123 (on bir min yüz iyirmi üç) manat 62 (altmış iki) qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bundan başqa, iş materiallarında olan **********1854- ******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 və **********1854 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 xx.xx.2024-cü il tarixli **********1854 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinə görə məsuliyyəti zamin qismində öz üzərlərinə götürmüşlər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixli **********1854 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 8525 (səkkiz min beş yüz iyirmi beş) manat, faiz borcuna görə 2102 (iki min yüz iki) manat 93 (doxsan üç) qəpik, cərimə borcuna görə 495 (dörd yüz doxsan beş) manat 69 (altmış doqquz) qəpik, cəmi 11123 (on bir min yüz iyirmi üç) manat 62 (altmış iki) qəpik pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı MM QBKT məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 123 (yüz iyirmi üç) manat 37 (otuz yeddi) qəpik məbləğdə pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8525 (səkkiz min beş yüz iyirmi beş) manat əsas borc, 2102 (iki min yüz iki) manat 93 (doxsan üç) qəpik faiz borcu, 495 (dörd yüz doxsan beş) manat 69 (altmış doqquz) qəpik cərimə, cəmi 11123 (on bir min yüz iyirmi üç) manat 62 (altmış iki) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 123 (yüz iyirmi üç) manat 37 (otuz yeddi) qəpik pul vəsaiti İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1049/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1049/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver