Məhkəmə qərarları › İş №e-2(022)-1050/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1050/2023

25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1050/2023 25.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Hüseynli (Dadaşova) Fəridə İlqar qızına qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edərək, cavabdeh X2 vərəsələri Cavabdeh3, Cavabdeh1, Hüseynli (Dadaşova) Fəridə İlqar qızı və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 497 (dörd yüz doxsan yeddi) manat 24 (iyirmi dörd) qəpik əsas borc, 16 (on altı) manat 89 (səksən doqquz) qəpik faiz borcu olmaqla cəmi 514 (beş yüz on dörd) manat 13 (on üç) qəpik məbləğində əsas kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti “Cəlilabad” filialı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsini əsasən Bank tərəfindən ona 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kart kredit limiti verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizi ödəməlidir.Lakin xx.xx.2022-ci il tarixdə borclu X3 vəfat etmiş, bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır.Bunun nəticəsində "xxxx" ASC-nin "Cəlilabad” filialı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsi üzrə 497.24 manat əsas borc, 16.89 manat faiz borcu olmaqla cəmi 514.13 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli AZ-İİ № 275253 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X3 xx.xx.2022-ci tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-411 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirasa Cavabdeh3, Cavabdeh1, Hüseyn (Dadaşova) Fəridə İlqar qızı və Cavabdeh2 qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etİrazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Hüseynli (Dadaşova) Fəridə İlqar qızına və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etİrazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Hüseynli (Dadaşova) Fəridə İlqar qızı və Cavabdeh2 məhkəmə bildirişlərinin göndərilmə tarixindən 10 (on) iş gün müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etİrazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti və X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsinə əsasən onun kartına 36 ay müddətinə illik 24 faiz dərəcəsi tətbiq edilməklə 500 manat məbləğdə pul mədaxil edilmişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti Cəlilabad filialı ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsinə əsasən 497 (dörd yüz doxsan yeddi) manat 24 (iyirmi dörd) qəpik əsas borc, 16 (on altı) manat 89 (səksən doqquz) qəpik faiz borcu olmaqla, cəmi borcu 514 (beş yüz on dörd) manat 13 (on üç) qəpik təşkil etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZ-İİ № 275253 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.2022-ci tarixdə vəfat etmişdir. İş materiallarında olan Biləsuvar rayon Notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-411 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirasa Cavabdeh3, Cavabdeh1, Hüseyn (Dadaşova) Fəridə İlqar qızı və Cavabdeh2 qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Beləliklə, işdə olan sübutlarla X3 və «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti “Cəlilabad” filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 497 (dörd yüz doxsan yeddi) manat 24 (iyirmi dörd) qəpik əsas borc, 16 (on altı) manat 89 (səksən doqquz) qəpik faiz borcu olmaqla cəmi 514 (beş yüz on dörd) manat 13 (on üç) qəpik məbləğdə borcun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Hüseynli (Dadaşova) Fəridə İlqar qızından və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsinə əsasən 497 (dörd yüz doxsan yeddi) manat 24 (iyirmi dörd) qəpik əsas borc, 16 (on altı) manat 89 (səksən doqquz) qəpik faiz borcu olmaqla cəmi 514 (beş yüz on dörd) manat 13 (on üç) qəpik məbləğdə pul vəsaiti «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştİrakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştİrakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştİrakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştİrak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 51 (əlli bir) manat 92 (doxsan iki) qəpik məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Hüseynli (Dadaşova) Fəridə İlqar qızından və Cavabdeh2 müştərək qaydada iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsinə əsasən 497 (dörd yüz doxsan yeddi) manat 24 (iyirmi dörd) qəpik əsas borc, 16 (on altı) manat 89 (səksən doqquz) qəpik faiz borcu olmaqla cəmi 514 (beş yüz on dörd) manat 13 (on üç) qəpik məbləğində əsas kredit borcu və 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar