Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1057/2023 21.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin sığortalanması Fondunun Cavabdeh və X3 qarşı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.564 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 50 manat 69 qəpik, cərimə qismində 01 qəpik, cəmi 1.614 manat 89 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh və X3 qarşı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.564 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 50 manat 69 qəpik, cərimə qismində 01 qəpik, cəmi 1.614 manat 89 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsinə əsasən sonuncuya 04 iyun 2013-cü il tarixli, 1015 NZF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə illik 1% faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə, 12 ay güzəşt müddəti müəyyən edilməklə, 5 il (60 ay) müddətinə 1.650 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə X4 Cavabdeh öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi çıxış etmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də iddiaçı mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.564 manat 19 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 50 manat 69 qəpik, cərimə qismində 01 qəpik, cəmi 1.614 manat 89 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaitinin Cavabdeh və S.Y.Quliyevdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.İ.İsmayılov 21 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və X4 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsinin surətindən və həmin müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 04 iyun 2013-cü il tarixli, 1015 NZF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə, 1 il (12 ay) güzəşt müddəti müəyyən edilməklə, 5 il (60 ay) müddətinə, illik 1 faiz dərəcəsi ilə 1.650 manat məbləğində kredit verilmişdir və həmin pul vəsaiti kredit verən tərəfindən kredit alan üçün açılmış ssuda hesabına köçürülmüşdür. Mülki işdə olan 23 sentyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, X4 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Əmanətlərin Sığortalanması Fondunun 07 aprel 2023-cü il tarixli, **********0942 saylı arayışından görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsi üzrə sonuncunun iddiaçıya olan borcu əsas borc qismində 1.564 manat 19 qəpik, 27 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 50 manat 69 qəpik, cərimə qismində 01 qəpik, cəmi 1.614 manat 89 qəpik təşkil etdir. Mülki işdə olan Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il traixli, 2-3(103)- 129/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı açıq səhmdar cəmiyyətinə ləğvedici təyin edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh və X2 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsi ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit sazişinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 1.564 manat 19 qəpik, 27 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 50 manat 69 qəpik, cərimə faizləri qismində 01 qəpik, cəmi 1.614 manat 89 qəpik məbləğində borclarının yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh və X4 həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borc qismində 1.564 manat 19 qəpik, 27 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 50 manat 69 qəpik, cərimə qismində 01 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası təmin edilsin. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 sentyabr 2019-cu il tarixli, 2148NZF saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh və X1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borcun əvəzi qismində 1.564 (bir min beş yüz altmış dörd) manat 19 (on doqquz) qəpik, 27 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 50 (əlli) manat 69 (altmış doqquz) qəpik, cərimə qismində 01 (bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 37 (otuz yeddi) manat, cəmi 1.651 (bir min altı yüz əlli bir) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1057/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1057/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver