Məhkəmə qərarları › İş №e-2(022)-1081/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1081/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1081/2023 28.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.526 manat 44 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 983 manat 34 qəpik, cəmi 9.509 manat 78 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 qarşı 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.526 manat 44 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 983 manat 34 qəpik, cəmi 9.509 manat 78 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədilə illik 23% faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə, 24 ay müddətinə 11.000 manat məbləğində kredit verilmişdir. 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən Cavabdeh3 hər ay 579 manat,sonuncu ay isə 553 manat ödəməklə 24 ay müddətinə kredit borcunu idddiaçıya qaytarmalıdır. 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə cavabdehə təqdim edilən kredit vəsaiti Cavabdeh3 üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edilmişdir. 01 aprel 2022-ci il tarixdə bağlanmış **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh4, **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********3***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi çıxış etmişlər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Buna görə də iddiaçı mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.526 manat 44 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 983 manat 34 qəpik, cəmi 9.509 manat 78 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 manat 10 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 27 noyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsinin surətindən görünür ki, «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi tərəfindən Cavabdeh3 istehlak məqsədilə, 24 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 11.000 manat məbləğində kredit verilmişdir. Mülki işdə olan 01 aprel 2022-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 01 aprel 2022-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. Mülki işdə olan 01 aprel 2022-ci il tarixli, **********3***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 01 aprel 2022-ci il tarixli kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin predmeti olan pul vəsaitini üzərində “Fincard” adı qeyd edilmiş, **********776597 nömrəli kredit kartında Cavabdeh3 təqdim etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin 07 avqust 2023-cü il tarixli arayışından görünür ki, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 əsas borc qismində 2.473 manat 56 qəpik, faiz borcu qismində 1.886 manat 66 qəpik, cərimə qismində 637 manat 78 qəpik, cəmi 4.998 manat ödəmişdir. Cavabdeh3 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi üzrə iddiaçıya olan borcu əsas borc qismində 8.526 manat 44 qəpik, 07 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 983 manat 34 qəpik, cəmi 9.509 manat 78 qəpik təşkil etdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məhdud məsuliyyətli qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsi ilə bağlanmış 01 aprel 2022-ci il tarixli, **********3049 saylı kredit müqaviləsi və eyni tarixli zaminlik müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit sazişinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 8.526 manat 44 qəpik, 27 mart 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 983 manat 34 qəpik, cəmi 9.509 manat 78 qəpik məbləğində borclarının yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə ödənilməmiş əsas borc qismində 8.526 manat 44 qəpik, 07 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 983 manat 34 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 manat 10 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Finca Azərbaycan» qeyri-bank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin iddiası təmin edilsin. Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 «Finca Azərbaycan» qeyribank kredit təşkilatı məhdud məsuliyyətli müəssisəsinin xeyrinə əsas borcun əvəzi qismində 8.526 (səkkiz min beş yüz iyirmi altı) manat 44 (qırx dörd) qəpik, 07 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 983 (doqquz yüz səksən üç) manat 34 (otuz dörd) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 (bir yüz on beş) manat 10 (on) qəpik, cəmi 9.624 (doqquz min altı yüz iyirmi dörd) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar