Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1082/2025 24.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti” müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 135 manat 72 qəpik və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.735 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 396 manat 12 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 23 may 2025-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti” müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 135 manat 72 qəpik və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.735 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 396 manat 12 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat 97 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 23 may 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli, , BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi”nin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh “Birbank cashback” ödəniş kartı təqdim edilmiş və həmin kart üzrə sonuncuya 630 manat məbləğində kredit xətti açılmışdır. Həmin kart vasitəsilə qeyri-taksit əməliyyatları üzrə illik 25%, taksit əməliyyatları üzrə isə illik 0% hesablanır. Mülki iş materiallarına əlavə edilmiş 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsinin və həmin müqaviləyə əlavənin surətlərindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 28% borc faizləri ödəməsi şərtilə, 48 ay müddətinə 4.385 manat məbləğində kredit vermiş və həmin kredit vəsaiti cari hesaba köçürülmə yolu ilə borcalana təqdim edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən cavabdehə göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətlərindən görünür ki, 05 may 2025-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehin 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün və nəticədə, 05 may 2025-ci il tarixə 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” üzrə əsas borc qismində 630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 132 manat 72 qəpik, cəmi 762 manat 72 qəpik və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2.735 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 396 manat 12 qəpik, cəmi 3.131 manat 68 qəpik məbləğində borcu yarandığına görə həmin kredit müqavilələrinin ləğv edilməsini və bütün borc məbləğinin tam olaraq iddiaçı banka ödənilməsini təklif etmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə borcu 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” üzrə əsas borc qismində 630 manat, 14 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 135 manat 72 qəpik və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2.735 manat 56 qəpik, 14 may 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 396 manat 12 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinə 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” üzrə “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 05 may 2025-ci il tarixə əsas borc qismində 630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 132 manat 72 qəpik, məhkəmədə iddia qaldırıldığı tarixə isə əsas borc qismində 630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 135 manat 72 qəpik və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə “müqavilənin ləğv edilməsi və imtina bildirişinin” (pretenziyanın) göndərildiyi tarixə - 05 may 2025-ci il tarixə əsas borc qismində 2.735 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 396 manat 12 qəpik, məhkəmədə iddia qaldırıldığı tarixə isə əsas borc qismində 2.735 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 396 manat 12 qəpik məbləğində borcunun yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 434.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 434.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 aprel 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasındakı 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İşdə olan sübutlarla isə təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” üzrə 14 may 2025-ci il tarixə borc faizi qismində hesabladığı və tələb etdiyi məbləğ, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verildiyi tarixdəki məbləğdən çoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı bankın tərəflər arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” üzrə cavabdehə müqavilə öhdəliklərinin icra edilməsi və ya müqavilənin ləğv edilməsi barədə xəbərdarlıq məktubunun (pretenziyanın) göndərildiyi 05 may 2025-ci il tarixə hesablanmış məbləğlərdən artıq məbləğdə faiz və cərimə borcu hesablaması və tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 05 may 2025-ci il tarixə 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” üzrə əsas borc qismində 630 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 132 manat 72 qəpik və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2.735 manat 56 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 396 manat 12 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə xərclənmiş pul vəsaitinin 1 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin əvəzi qismində 57 manat 97 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 05 may 2025-ci il tarixə 03 oktyabr 2022-ci il tarixli, BRCB6870476A151 saylı “Birbank cashback kredit xətti müqaviləsi” üzrə əsas borc qismində 630 (altı yüz otuz) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 132 (bir yüz otuz iki) manat 72 (yetmiş iki) qəpik və 07 dekabr 2022-ci il tarixli, GTKR8535493A299 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 2.735 (iki min yeddi yüz otuz beş) manat 56 (əlli altı) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 396 (üç yüz doxsan altı) manat 12 (on iki) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57 (əlli yeddi) manat 97 (doxsan yeddi) qəpik, cəmi 3.952 (üç min doqquz yüz əlli iki) manat 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1082/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1082/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver