Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1086/2025 31.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı kredit müqaviləsinə əsasən 6352 (altı min üç yüz əlli iki) manat 69 (altmış doqquz) qəpik əsas, 769 (yeddi yüz altmış doqquz) manat 35 (otuz beş) qəpik faiz, cəmi 7122 (yeddi min yüz iyirmi iki) manat 04 (sıfır dörd) qəpik borcun, xx/xx/2024-cü il tarixli BRCB7033447B299 saylı müqaviləyə əsasən 458 (dörd yüz əlli səkkiz) manat 93 (doxsan üç) qəpik əsas, 118 (yüz on səkkiz) manat 10 (on) qəpik faiz, cəmi 577 (beş yüz yetmiş yeddi) manat 03 (sıfır üç) qəpik, ümumilikdə 7699 (yeddi min altı yüz doxsan doqquz) manat 07 (sıfır yeddi) qəpik borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 (doxsan altı) manat 99 (doxsan doqquz) qəpik pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 16.2 faiz dərəcəsi ilə 8000 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx/xx/2024-cü il tarixli BRCB7033447B299 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 500 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı kredit müqaviləsinə əsasən 6352.69 AZN əsas, 769.35 AZN faiz, cəmi 7122.04 AZN borcu, xx/xx/2024-cü il tarixli BRCB7033447B299 saylı müqaviləsinə əsasən 458.93 AZN əsas, 118.1 AZN faiz, cəmi 577.03 AZN, ümumilikdə 7699.07 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılaraq iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə illik 16,2% borc faizləri ödəməsi şərtilə 24 ay müddətinə 8000 manat və xx/xx/2024-cü il tarixli BRCB7033447B299 sylı kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh kreditdən istifadəyə görə illik 27% borc faizləri ödəməsi şərtilə 59 ay müddətinə 500 manat məbləğində kredit vermişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı kredit müqaviləsinə əsasən 6352 (altı min üç yüz əlli iki) manat 69 (altmış doqquz) qəpik əsas, 769 (yeddi yüz altmış doqquz) manat 35 (otuz beş) qəpik faiz, cəmi 7122 (yeddi min yüz iyirmi iki) manat 04 (sıfır dörd) qəpik borcu, xx/xx/2024-cü il tarixli BRCB7033447B299 saylı kredit müqaviləsinə əsasən 458 (dörd yüz əlli səkkiz) manat 93 (doxsan üç) qəpik əsas, 118 (yüz on səkkiz) manat 10 (on) qəpik faiz, cəmi 577 (beş yüz yetmiş yeddi) manat 03 (sıfır üç) qəpik, ümumilikdə borcu 7699 (yeddi min altı yüz doxsan doqquz) manat 07 (sıfır yeddi) qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin müəyyən edilmiş halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı və xx/xx/2024-cü il tarixli BRCB7033447B299 saylı kredit müqaviləsinə əsasən kreditor «Kapital Bank ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə olunmuş xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı və xx/xx/2024-cü il tarixli BRCB7033447B299 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə göstərilən kredit məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında ayrı qayda nəzərdə tutulmamışdır. Ona görə də qanunun yuxarıda göstərilən tələbini əsas tutaraq belə nəticəyə gəlmək olar ki, cavabdeh icra edilməyən digər məbləğlər üçün də cavabdehdirlər. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı kredit müqaviləsinə əsasən 6352 (altı min üç yüz əlli iki) manat 69 (altmış doqquz) qəpik əsas, 769 (yeddi yüz altmış doqquz) manat 35 (otuz beş) qəpik faiz, cəmi 7122 (yeddi min yüz iyirmi iki) manat 04 (sıfır dörd) qəpik borcu, xx/xx/2024-cü il tarixli BRCB7033447B299 saylı müqaviləsinə əsasən 458 (dörd yüz əlli səkkiz) manat 93 (doxsan üç) qəpik əsas, 118 (yüz on səkkiz) manat 10 (on) qəpik faiz, cəmi 577 (beş yüz yetmiş yeddi) manat 03 (sıfır üç) qəpik, ümumilikdə 7699 (yeddi min altı yüz doxsan doqquz) manat 07 (sıfır yeddi) qəpik pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 (doxsan altı) manat 99 (doxsan doqquz) qəpik pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx/xx/2024-cü il tarixli GTKR7033446B299 saylı kredit müqaviləsinə əsasən 6352 (altı min üç yüz əlli iki) manat 69 (altmış doqquz) qəpik əsas, 769 (yeddi yüz altmış doqquz) manat 35 (otuz beş) qəpik faiz, cəmi 7122 (yeddi min yüz iyirmi iki) manat 04 (sıfır dörd) qəpik borc, xx/xx/2024-cü il tarixli BRCB7033447B299 saylı kredit müqaviləsinə əsasən 458 (dörd yüz əlli səkkiz) manat 93 (doxsan üç) qəpik əsas, 118 (yüz on səkkiz) manat 10 (on) qəpik faiz, cəmi 577 (beş yüz yetmiş yeddi) manat 03 (sıfır üç) qəpik, ümumilikdə 7699 (yeddi min altı yüz doxsan doqquz) manat 07 (sıfır yeddi) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 96 (doxsan altı) manat 99 (doxsan doqquz) qəpik pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X1
Məhkəmə qərarları › İş №e-2(022)-1086/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1086/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver