Məhkəmə qərarları › İş №e-2(022)-1092/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1092/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1092/2025 20.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi barədə kiçik iddiasına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 02 oktyabr 2024cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3062.81 (üç min altmış iki 81 qəpik) manat, faiz borcu üzrə 273.05 (iki yüz yetmiş üç 5 qəpik) manat, cərimə üzrə 177.06 (yüz yetmiş yeddi 6 qəpik) manat olmaqla, ümumilikdə 3512.92 (üç min beş yüz on iki 92 qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 56 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı «Azkredit” ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 02 oktyabr 2026-cı il tarixə qədər aylıq qalıq borcun 33 % dərəcəsini tətbiq etməklə 3500 manat (üç min beş yüz manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 1.2 və 1.3-cü bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 02 oktyabr 2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 22 may 2025-ci il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 3062.81 (üç min altmış iki 81 qəpik) manat, faiz üzrə 273.05 (iki yüz yetmiş üç 5 qəpik) manat, cərimə üzrə 177.06 (yüz yetmiş yeddi 6 qəpik) manat olmaqla, ümumilikdə 3512.92 (üç min beş yüz on iki 92 qəpik) manat təşkil edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPM-in 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə 02 oktyabr 2026-cı il tarixə qədər aylıq qalıq borcun 33 % dərəcəsini tətbiq etməklə 3500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı"xxxx" açıq səhmdar cəmiyyətinin xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh1 BOKT "xxxx" ASC-nə olan borcunun məbləği əsas məbləğ üzrə 3062.81 (üç min altmış iki 81 qəpik) manat, faiz borcu üzrə 273.05 (iki yüz yetmiş üç 5 qəpik) manat, cərimə üzrə 177.06 (yüz yetmiş yeddi 6 qəpik) manat olmaqla ümumilikdə 3512.92 (üç min beş yüz on iki 92 qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən xəbərdar edilməsinə baxmayaraq cavabdeh Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC-dən müqaviləyə əsasən götürülmüş kredit borcunu, həmçinin həmin müqavilə ilə müəyyən edilmiş müddətlərdə ödənilməli olan faizləri ödəməli olduqları halda, müqavilə öhdəliyini pozaraq ödəməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 02 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə 177.06 (yüz yetmiş yeddi 6 qəpik) manat təşkil edən cərimə məbləğinin 70 (yetmiş) manata kimi azaldılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 02 Oktyabr 2024-cü il tarixli, LD********** saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə 02 Oktyabr 2024-cü il tarixli, LD********** saylı zaminlik müqaviləsi bağlanmışdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh1 02 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən kreditor Bank Olmayan Kredit Təşkilatı"xxxx" ASC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymişdir və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 02 oktyabr 2024-cü il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3062.81 (üç min altmış iki 81 qəpik) manat, faiz borcu üzrə 273.05 (iki yüz yetmiş üç 5 qəpik) manat, cərimə üzrə 70 (yetmiş) manat olmaqla, ümumilikdə 3405 (üç min dörd yüz beş) manat 86 (səksən altı) qəpik pul vəsaiti Bank Olmayan Kredit Təşkilatı"xxxx" açıq səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı"xxxx" açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 54 (əlli dörd) manat 05 (sıfır beş) qəpik məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq QƏTETDİ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətininnin xeyrinə 3062.81 (üç min altmış iki 81 qəpik) manat əsas borc, 273.05 (iki yüz yetmiş üç 5 qəpik) manat faiz borcu, 70 (yetmiş) manat cərimə olmaqla, ümumilikdə 3405 (üç min dörd yüz beş) manat 86 (səksən altı) qəpik borc və dövlət rüsumu olaraq ödənilmiş 54 (əlli dörd) manat 05 (sıfır beş) qəpik məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar