Məhkəmə qərarları › İş №e-2(022)-1102/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1102/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1102/2023 23.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 10 fevral 2022-ci il tarixli, 236nkXRD/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.768 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.035 manat 07 qəpik, cərimə qismində 67 manat 99 qəpik, cəmi 8.871 manat 54 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 109 manat 12 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 10 fevral 2022-ci il tarixli, 236nkXRD/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.768 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.035 manat 07 qəpik, cərimə qismində 67 manat 99 qəpik, cəmi 8.871 manat 54 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 109 manat 12 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X1» açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, «X1» açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında 10 fevral 2022-ci il tarixdə bağlanmış 236nkXRD/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 10 fevral 2021-ci il tarixli, 8012sLKN/19 saylı və 10 fevral 2021-ci il tarixli, 155nkLKN/21 saylı kredit müqavilələri üzrə qalıq borcun bağlanması məqsədi ilə 09 fevral 2027-ci il tarixinədək qaytarmaq və illik 18 faiz ödəmək şərti ilə 8.560 manat məbləğində kredit verilmişdir. Həmin məbləğdə kredit vəsaiti boralanın bank hesabına köçürülmüş və borcverən tərəfindən qalıq borcun tam ödənilməsi məqsədi ilə Cavabdeh cari hesabından akseptsiz qaydada silinmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «X1» açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi əsas borcun əvəzi qismində 7.768 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.035 manat 07 qəpik, cərimə qismində 67 manat 99 qəpik, cəmi 8.871 manat 54 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 109 manat 12 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Seyfullayev 26 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 fevral 2022-ci il tarixli, 236nkXRD/22 saylı kredit müqaviləsinin surətindən və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, «X1» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 10 fevral 2021-ci il tarixli, 8012sLKN/19 saylı müqavilə üzrə 2.517 manat 02 qəpik və 10 fevral 2021-ci il tarixli, 155nkLKN/21 saylı müqavilə üzrə 6.042 manat 61 qəpik məbləğində qalıq borcun bağlanması məqsədi ilə 09 fevral 2027-ci il tarixinədək qaytarmaq şərti ilə, illik 18 faiz dərəcəsi ilə 8.560 manat məbləğində kredit verilmişdir və həmin məbləğdə pul vəsaiti Cavabdeh bank hesabına köçürülmüşdür. İşdə olan «X1» açıq səhmdar cəmiyyətinin 23 avqust 2023-cü il tarixli, UB- Bank/PİKMD/1125897 saylı arayışından görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə 10 fevral 2022-ci il tarixli, 236nkXRD/22 saylı kredit müqaviləsi üzrə 23 avqust 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 7.768 manat 48 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.035 manat 07 qəpik, cərimə qismində 67 manat 99 qəpik, cəmi 8.871 manat 54 qəpik məbləğində borcu yaranmışdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «X1» açıq səhmdar cəmiyəti ilə bağladığı 10 fevral 2022-ci il tarixli, 236nkXRD/22 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit sazişinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 7.768 manat 48 qəpik, 23 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.035 manat 07 qəpik, cərimə qismində 67 manat 99 qəpik, cəmi 8.871 manat 54 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 10 fevral 2022-ci il tarixli, 236nkXRD/22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 7.768 manat 48 qəpik, 23 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.035 manat 07 qəpik, cərimə qismində 67 manat 99 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 109 manat 12 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh 10 fevral 2022-ci il tarixli, 236nkXRD/22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.768 (yeddi min yeddi yüz altmış səkkiz) manat 48 (qırx səkkiz) qəpik, 23 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.035 (bir min otuz beş) manat 07 (yeddi) qəpik, cərimə qismində 67 (altmış yeddi) manat 99 (doxsan doqquz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 109 (bir yüz doqquz) manat 12 (on iki) qəpik, cəmi 8.980 (səkkiz min doqquz yüz səksən) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar