Məhkəmə qərarları › İş №e-2(022)-1114/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1114/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1114/2023 28.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh2 və Cavabdeh1 qarşı 14 dekabr 2021-ci il tarixli, 32 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.918 manat 50 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 87 qəpik, cəmi 4.990 manat 37 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 25 avqust 2023-cü il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı Cavabdeh2 və Cavabdeh1 qarşı 14 dekabr 2021-ci il tarixli, 32 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.918 manat 50 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 87 qəpik, cəmi 4.990 manat 37 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 90 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 25 avqust 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 dekabr 2021-ci il tarixli, 32 saylı restrukturizasiya müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ilə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh2 5.062 manat 74 qəpik məbləğində əsas borcu güzəşt olunmaqla, cavabdehin həmin borcu ödəməsi üçün 3 il müddət müəyyən edilmiş və həmin müqaviləyə görə Cavabdeh2 5.062 manat 74 qəpik məbləğində kredit borcunu illik 1 faiz dərəcəsi ilə faiz borcları ödəməsi şərti ilə 3 il müddətinə iddiaçıya ödəməsi, borclu borcun ödənilməsini gecikdirdiyi halda, borc qalığına illik 2% dərəcəsi ilə faiz hesablanması nəzərdə tutulmuşdur. Cavabdeh2 həmin ödəniş cədvəlinə əsasən 36 ay müddətinə hər ay 142 manat 81 qəpik, cəmi 5.141 manat 17 qəpik məbləğində pul vəsaitini İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına ödəməlidir. İşdə olan 14 dekabr 2021-ci il tarixli, 32 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 14 dekabr 2021-ci il tarixli, 32 saylı restrukturizasiya müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq kredit razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına ödənilməmiş əsas borc qismində 4.918 manat 50 qəpik, 10 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 87 qəpik, cəmi 4.990 manat 37 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyəti ilə bağlanmış 14 dekabr 2021-ci il tarixli, 32 saylı restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, həmin müqavilə üzrə Ş.İ.Xudaşovun iddiaçıya ödənilməmiş əsas borc qismində 4.918 manat 50 qəpik, 10 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 87 qəpik, cəmi 4.990 manat 37 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 və X2 İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına 14 dekabr 2021-ci il tarixli, 32 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.918 manat 50 qəpik, 10 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 87 qəpik, cəmi 4.990 manat 37 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və X1 14 dekabr 2021-ci il tarixli, 32 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.918 manat 50 qəpik, 10 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 manat 87 qəpik, cəmi 4.990 manat 37 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69 manat 90 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının iddiası təmin edilsin. Cavabdeh2 və X1 İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə 14 dekabr 2021-ci il tarixli, 32 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.918 (dörd min doqquz yüz on səkkiz) manat 50 (əlli) qəpik, 10 iyul 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 71 (yetmiş bir) manat 87 (səksən yeddi) qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 69 (altmış doqquz) manat 90 (doxsan) qəpik, cəmi 5.059 (beş min əlli doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar