Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1121/2023 05.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X12 oğlunun katibliyi ilə, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin X2 vərəsələri Cavabdeh3, Cavabdeh1, Dadaşova (Hüseynli) Fəridə İlqar qızına və Cavabdeh4 qarşı 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.569 manat 50 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 25 qəpik, cəmi 4.655 manat 75 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 56 qəpik və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti X2 vərəsələri Cavabdeh3, Cavabdeh1, Dadaşova (Hüseynli) Fəridə İlqar qızına və Cavabdeh4 qarşı 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.569 manat 50 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 25 qəpik, cəmi 4.655 manat 75 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 56 qəpik və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti ilə X5 arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 20% kreditdən istifadəyə görə faiz ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmız faizləri ödəməlidir, lakin 16 iyul 2022-ci il tarixdə borclu İ.H.Hüseynov vəfat etmiş və bundan sonra ödənişlər qrafik üzrə aparılmamışdır. Buna görə də həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.569 manat 50 qəpik, mərhumun vəfat etdiyi tarixə qədər hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 25 qəpik, cəmi 4.655 manat 75 qəpik məbləğində borc yaranmışdır. İ.H.Hüseynovdan qalmış miras barədə Cavabdeh3, Cavabdeh1, Dadaşova (Hüseynli) Fəridə İlqar qızına və Cavabdeh4 05 avqust 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsininin məhkəmədən kənar qaydada həll edilməsi barədə İ.H.Hüseynovun vərəsələrinə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində heç bir tədbir görülməmişdir. Sonda, iddiaçının nümayəndəsi 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.569 manat 50 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 25 qəpik, cəmi 4.655 manat 75 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 56 qəpik və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 24 noyabr 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Dadaşova (Hüseynli) Fəridə İlqar qızı və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsinin və həmin müqaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti X3 şəxsi istehlak məqsədilə, kreditdən istifadəyə görə illik 20% borc faizləri ödəməsi şərtilə, 48 ay müddətinə 5.000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsinə əsasən kredit vəsaiti «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti tərəfindən boralanın adına açılmış ******************** nömrəli hesaba köçürmək yolu ilə verilir. İşdə olan AZ-İİ seriyalı, 275253 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 16 iyul 2022-ci il tarixdə dəqiqləşdirilməmiş beyin infarktı səbəbindən ölmüşdür. Mülki iş materiallarına əlavə edilmiş «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, İ.H.Hüseynov ilə «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti arasında bağlanmış 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsinə əsasən İ.H.Hüseynov iddiaçı banka borcu 16 iyul 2022-ci il tarixə ödənilməmiş əsas borc qismində 4.569 manat 50 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 25 qəpik, cəmi 4.655 manat 75 qəpik təşkil etmişdir. İşdə olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 iyul 2022-ci il tarixli, 2618 nömrəli arayışından görünür ki, İ.H.Hüseynov ölükdən sonra onun Cavabdeh3 (arvadı), Cavabdeh1 (qızı), Cavabdeh2 (qızı) və Cavabdeh4 (oğlu) adlı vərəsələri qalmışdır. Mülki işdə olan Biləsuvar şəhər kommunal müəssisələri kombinastının 27 iyul 2022ci il tarixli, 24 saylı məktubundan görünür ki, İ.H.Hüseynovun ödənilməmiş pul qalığı dəfn pulu qismində 300 manat, son haqq-hesab qismində 355 manat 74 qəpik, müavinət pulu qismində 1.014 manat, cəmi 1.669 manat 74 qəpikdir. İş materiallarına əlavə edilmiş 05 avqust 2022-ci il tarixli, 2V-411 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16 iyul 2022-ci il tarixdə vəfat etmiş İ.H.Hüseynovun vərəsələri Cavabdeh3, Cavabdeh1 qız, Cavabdeh2 və Cavabdeh4 miras əmlakdan ¼ hissədə pay almadırlar. Şəhadətnamə verilən miras əmlak Biləsuvar şəhər kommunal müəssisələr kombinatının 27 iyul 2022-ci il tarixli, 24 saylı məktubuna əsasən 1.669 manat 71 qəpik pul vəsaitindən ibarətdir. Mülki işdə olan AZ-İ seriyalı, 096810 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X7 07 may 2004-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 479589 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1997-ci il tarixdə Biləsuvar şəhərində doğulmuşdur. Cavabdeh1 atası X5, anası isə X6r. Mülki işdə olan AZ-İ seriyalı, 479590 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 11 avqust 1998-ci il tarixdə Biləsuvar şəhərində doğulmuşdur. Cavabdeh2 atası X5, anası isə X6r. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 479604 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 25 iyul 2000-ci il tarixdə Biləsuvar şəhərində doğulmuşdur. Cavabdeh2 atası X5, anası isə X6r. Mülki iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X4 adına verilmiş **********95 reyestr nömrəli çıxarışdan görünür ki, Biləsuvar şəhərində yerləşən 3.0263 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq X2 və daha 10 nəfərin ümumi birgə mülkiyyətindədir. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(022)- 1050/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh3, Cavabdeh1, Hüseynli (Dadaşova) Fəridə İlqar qızından və Cavabdeh4 müştərək qaydada iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********74 saylı kredit müqaviləsinə əsasən 497 manat 24 qəpik əsas borc, 16 manat 89 qəpik faiz borcu olmaqla cəmi 514 manat 13 qəpik məbləğində əsas kredit borcu və 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Azərbaycan respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarına görə Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Biləsuvar rayon notariat ofisi tərəfindən təqdim edilmiş 05 avqust 2022-ci il tarixli, 2V-411 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Dadaşova (Hüseynli) Fəridə İlqar qızı və Cavabdeh4 X2 1.669 manat 71 qəpik məbləğində mirasını qəbul etmişlər və həmin şəxsin qanun üzrə vərəsələridirlər. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mərhum İ.H.Hüseynovun miras əmlakına həmçinin onun digər şəxslərlə (daha 10 nəfərlə birlikdə) ümumi birgə mülkiyyətində olan, Biləsuvar şəhərində yerləşən 3.0263 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də daxildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə isə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Buna görə də məhkəmə hesab edir ki, miras əmlakın qismən qəbul edilməsinə yol verilmədiyindən vərəsələr tərəfindən mirasqoyanın bütün əmlakı qəbul edilmiş sayılır. Belə olan halda, İ.H.Hüseynovun vərəsələri sonuncunun mövcud olan və ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə Biləsuvar şəhərində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mövcud bazar qiymətlərini nəzərə alaraq hesab edir ki, mərhum X1 miras qalmış, Biləsuvar şəhərində yerləşən 3.0263 hektar ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/11 hissəsinin dəyəri hazırki iddia tələbinin həcmindən çoxdur. Beləliklə, işdə olan sübutlarla mərhum İ.H.Hüseynov vəfat etdiyinə görə Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyəti ilə bağladığı 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və həmin şəxsin vərəsələri sonuncunun bütün öhdəlikləri üzrə qəbul etdikləri aktivdə özlərindən hər birinin payına mütənasib surətdə miras qoyanın kreditorları qarşısında birgə borclu kimi tam ödəməyə borclu olduqlarına görə vərəsələr - Cavabdeh3, Cavabdeh1, Dadaşova (Hüseynli) Fəridə İlqar qızının və Cavabdeh4 iddiaçıya ödənilməmiş əsas borc qismində 4.569 manat 50 qəpik, 24 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 25 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Dadaşova (Hüseynli) Fəridə İlqar qızı və Cavabdeh4 borcalanın vərəsələri qisnmində 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 4.569 manat 50 qəpik, 24 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 86 manat 25 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 manat 56 qəpik və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Dadaşova (Hüseynli) Fəridə İlqar qızından və Cavabdeh4 «Azərbaycan Beynəlxalq Bankı» açıq səhmdar cəmiyyətinin xeyrinə 10 dekabr 2021-ci il tarixli, BPM**********12 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 4.569 (dörd min beş yüz altmış doqquz) manat 50 (əlli) qəpik, 16 iyul 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 86 (səksən altı) manat 25 (iyirmi beş) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 66 (altmış altı) manat 56 (əlli altı) qəpik və və dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı qismində 40 (qırx) qəpik, cəmi 4.722 (dörd min yeddi yüz iyirmi iki) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1121/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1121/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver