Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1123/2024 26.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdulazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcu tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1546 (min beş yüz qırx altı) manat 34 (otuz dörd) qəpik əsas borcun, 11 (on bir) manat 90 (doxsan) qəpik kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 13 (on üç) manat 49 (qırx doqquz) qəpik cərimənin, cəmi 1571 (min beş yüz yetmiş bir) manat 73 (yetmiş üç) qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 35 (otuz beş) manat 72 (yetmiş iki) qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 10160***-*******01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 18% dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli 010FİZAM193243101 nömrəli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2 təklifinə, eləcədə öhdəlik üzrə onun zamini Cavabdeh1 razılığına əsasən xx.xx.2021-ci il tarixli 10160***- *******01 nömrəli müqavilənin restrukturizasiyasına dair xx.xx.2023-cü il tarixli razılaşma bağlanmışdır. xx.xx.2023-cü il tarixli 10210***-*******02R nömrəli Restrukturizasiya razılaşmasına əsasən Cavabdeh2 11 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3711.47 manat məbləğində kredit borcunu yenidən tərtib olunmuş ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamand buna dair Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 10FİZAM193243102 nömrəli yeni zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcə də öhdəlik üzrə zamini Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1546.34 manat məbləğində əsas kredit borcu, 11.9 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 13.49 manat məbləğində cərimə olmaqla, cəmi 1571.73 manat məbləğində borcu qalmaqdadır. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 10160***-*******01 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 18 % dərəcəsini tətbiq etməklə 10.000 manat məbləğdə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10210***-*******02R saylı Restrukturizasiya razılaşmasından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış Restrukturizasiya razılaşmasına əsasən cavabdehə 11 ay müddətinə illik 18 % dərəcəsini tətbiq etməklə 3711.47 manat məbləğdə kredit verilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10160***-*******01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı banka borcu xx.xx.2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 1546 (min beş yüz qırx altı) manat 34 (otuz dörd) qəpik əsas kredit borcu, 11 (on bir) manat 90 (doxsan) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 13 (on üç) manat 49 (qırx doqquz) qəpik cərimə олмагла, cəmi 1571 (min beş yüz yetmiş bir) manat 73 (yetmiş üç) qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh1 və Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2021-ci il tarixli 10160***-*******01 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehlərin iddiaçıya xx.xx.2024-cü il tarixə ödənilməmiş əsas borc qismində 1546 (min beş yüz qırx altı) manat 34 (otuz dörd) qəpik məbləğində əsas kredit borcunun, 11 (on bir) manat 90 (doxsan) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 13 (on üç) manat 49 (qırx doqquz) qəpik məbləğində cərimə олмагла cəmi 1571 (min beş yüz yetmiş bir) manat 73 (yetmiş üç) qəpik məbləğdə borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa iş materiallarında olan xx.xx.2021-ci il tarixli 010FİZAM193243101 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri icra etməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli 10160***-*******01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borc qismində 1546 (min beş yüz qırx altı) manat 34 (otuz dörd) qəpik əsas kredit borcu, 11 (on bir) manat 90 (doxsan) qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 13 (on üç) manat 49 (qırx doqquz) qəpik məbləğində cərimə олмагла cəmi 1571 (min beş yüz yetmiş bir) manat 73 (yetmiş üç) qəpik pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 35 (otuz beş) manat 72 (yetmiş iki) qəpik məbləğdə pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehляр Cavabdeh1 və Cavabdeh2 1546 (min beş yüz qırx altı) manat 34 (otuz dörd) qəpik əsas borc, 11 (on bir) manat 90 (doxsan) qəpik faiz borcu, 13 (on üç) manat 49 (qırx doqquz) qəpik cərimə, cəmi 1571 (min beş yüz yetmiş bir) manat 73 (yetmiş üç) qəpik боръ, ödənilmiş 35 (otuz beş) manat 72 (yetmiş iki) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-1123/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1123/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver