Məhkəmə qərarları › İş №e-2(022)-1127/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1127/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1127/2025 03.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi ilə, «X1» açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 26 may 2023-cü il tarixli, “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta» çərçivəsində bağlanmış 24 noyabr 2023-cü il tarixli, AGİD**********9 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.200 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 142 manat 99 qəpik, cəmi 1.342 manat 99 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 83 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 iyun 2025-ci il tarixdə «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 26 may 2023-cü il tarixli, “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta» çərçivəsində bağlanmış 24 noyabr 2023-cü il tarixli, AGİD**********9 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.200 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 142 manat 99 qəpik, cəmi 1.342 manat 99 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 83 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ünvanına göndərilmiş 03 iyun 2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan 26 may 2023-cü il tarixli, “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta»nın 5.1-ci bəndindən görünür ki, bank borcalana mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 faiz dərəcəsinədək bir neçə dəfə 10 000 manatadək və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Mülki işdə olan «X1» açıq səhmdar cəmiyyətinin 21 aprel 2025-ci il tarixli arayışının surətindən görünür ki, «X1» açıq səhmdar cəmiyyəti Cavabdeh ilə aralarında bağlanılmış 24 noyabr 2023-cü il tarixli, AGİD**********9 saylı kredit müqaviləsi üzrə Cavabdeh 23 oktyabr 2026-cı il tarixədək, illik 27,6% ödəmək şərtilə, 1.200 manat məbləğində kredit xətti açmışdır. İş materiallarına əlavə edilmiş, «X1» açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) surətindən görünür ki, 18 mart 2025-ci il tarixdə «X1» açıq səhmdar cəmiyyəti cavabdehin 26 may 2023-cü il tarixli, “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta» çərçivəsində bağlanmış 24 noyabr 2023-cü il tarixli, AGİD**********9 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün və nəticədə 18 mart 2025-ci il tarixə əsas borc qismində 1.200 manat, faiz borcu qismində hesablanmış və ödənilməmiş faiz borcu qismində 142 manat 99 qəpik, cəmi 1.342 manat 99 qəpikməbləğində borcu yarandığına görə həmin kredit müqaviləsinin ləğv edilməsini və bütün borc məbləğinin tam olaraq iddiaçı banka ödənilməsini cavabdehə təklif etmişdir. Mülki iş materiallarında olan «X1» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 26 may 2023-cü il tarixli, “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta» çərçivəsində bağlanmış 24 noyabr 2023-cü il tarixli, AGİD**********9 saylı kredit müqaviləsi üzrə borca dair maliyyə arayışının surətindən isə görünür ki, Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 1.200 manat, 03 iyun 2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 142 manat 99 qəpik və cərimə qismində 33 manat 48 qəpik, cəmi 1.342 manat 99 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh 26 may 2023-cü il tarixli, “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta» çərçivəsində bağlanmış 24 noyabr 2023-cü il tarixli, AGİD**********9 saylı kredit müqaviləsi üzrə «X1» açıq səhmdar cəmiyyətinə olan borcu əsas borc qismində 1.200 manat, məhkəmədə iddia qaldırdığı vaxta hesablanmış və ödənilməmiş faiz borcu qismində 142 manat 99 qəpik və cərimə qismində 33 manat 48 qəpik, cəmi 1.342 manat 99 qəpik məbləğində borcunun yarandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə görə müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 01 aprel 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasındakı 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq, birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda müəyyən etdiyi hüquqi mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. İşdə olan sübutlarla isə təsdiq olunur ki, iddiaçı bankın cavabdehdən kredit müqaviləsi üzrə məhkəmədə qaldırılmış üzrə iddia üzrə tələb edilən faiz borcunun məbləği, müqavilənin ləğv edilməsi və imtina bildirişinin (pretenziyanın) verdiliyi tarixdəki məbləğlə eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh 26 may 2023-cü il tarixli, “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta» çərçivəsində bağlanmış 24 noyabr 2023-cü il tarixli, AGİD**********9 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.200 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 142 manat 99 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 manat 83 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh «X1» açıq səhmdar cəmiyyətinin xeyrinə 26 may 2023-cü il tarixli, “Bank xidmətlərinin təqdim edilməsinə dair Ümumi Oferta» çərçivəsində bağlanmış 24 noyabr 2023-cü il tarixli, AGİD**********9 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.200 (bir min iki yüz) manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 142 (bir yüz qırx iki) manat 99 (doxsan doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat 83 (səksən üç) qəpik, cəmi 1.376 (bir min üç yüz yetmiş altı) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar