Məhkəmə qərarları › İş №e-2(022)-1128/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1128/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1128/2023 06.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 01 iyun 2022-ci il tarixli, 5010***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.438 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 865 manat 21 qəpik, cərimə qismində 60 manat 11 qəpik, cəmi 12.363 manat 77 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 manat 09 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh və X1 qarşı 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.438 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 865 manat 21 qəpik, cərimə qismində 60 manat 11 qəpik, cəmi 12.363 manat 77 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 manat 09 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdiki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdehə bank tərəfindən 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq, 01 iyun 2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 16 % dərəcəsi ilə, hər ay 492 manat 32 qəpik məbləğində pul vəsaitini ödəniş cədvəlində göstərilən tarixdə ödəmək şərtilə, 14.000 mabləğində kredit verilmişdir. Cavabdeh həmn kredit müqaviləsinin şərtlərinə əməl etməmişdir. Cavabdehədəfələrlə iddiaçı bank tərfəindən şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, sonuncu kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etəmişdir. Nəticədə cavabdehlərin 08 avqust 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 11.438 manat 45 qəpik əsas və 865 manat 21 qəpik faiz və cərimə qismində 60 manat 11 qəpik məbləğində borcu yaranmışdır. Sonda, Nümayəndə2 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.438 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 865 manat 21 qəpik, cərimə qismində 60 manat 11 qəpik, cəmi 12.363 manat 77 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 manat 09 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığına görə onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşmasının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh 50.000 manat məbləğində 120 ay müddətinə, 01 iyun 2032-ci il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində Cavabdeh kredit verməyi öhdəsinə götürür. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən borcalana - Cavabdeh sonuncunun banka təqdim etdiyi ÖMTA-da (Öz müştəri tanı anketi) qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərir və borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (kreditverənin 9144 qısa nömrəsinə və ya +**********44 GSM nömrəsinə təsdiq SMS-nin göndərilməsi və s.) kredit vəsaiti İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 5-1417266-1 nömrəli cari hesabına köçürülmə yolu ilə verilir. Mülki işdə olan https://www.bankrespublika.az/ru saytından və 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşmasına Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən 01 iyun 2022-ci il tarixdə, saat 11:19:18-də Cavabdeh istifadəsində olan +**********79 GSM nömrəsinə “X2, İddiaçı açıq səhmdar cəmiyyəti Sizə 36 ay müddəətinə, illik 16 faiz dərəcəsi, 140 AZN komissiya ilə 14.000 AZN kredit təklif edir. Aylıq ödəniş 492 manat 32 qəpik olmaqla, hər ayın 1-dək ödənilməlidir. Kreditə razılıq vermək üçün 1, kreditdən imtina üçün 2 yazıb, 9144 qısa nömrəsinə və ya +**********44 nömrəsinə göndərin...” məzmununda SMS göndərmiş və Cavabdeh 01 iyun 2022-ci il tarixdə, saat 11:23:07-də “1” yazaraq, İddiaçı açıq səhmdar cəmiyyətinə göndərməklə, həmin məbləğdə və şərtlərlə kredit verilməsinə razılığını bildirmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 01 iyun 2022-ci il tarixli, 5010***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşmasınə əsasən Cavabdeh iddiaçı banka borcu 08 avqust 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 11.438 manat 45 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 865 manat 21 qəpik, cərimə qismində 60 manat 11 qəpik, cəmi 12.363 manat 77 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 11.438 manat 45 qəpik, 08 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 865 manat 21 qəpik, cərimə qismində 60 manat 11 qəpik, cəmi 12.363 manat 77 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh müvafiq olaraq 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşması və eyni tarixli zaminlik mümqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.438 manat 45 qəpik, 08 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 865 manat 21 qəpik, cərimə qismində 60 manat 11 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 manat 09 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 01 iyun 2022-ci il tarixli, 5010***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.438 (on bir min dörd yüz otuz səkkiz) manat 45 (qırx beş) qəpik, 08 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 865 (səkkiz yüz altmış beş) manat 21 (iyirmi bir) qəpik, cərimə qismində 60 (altmış) manat 11 (on bir) qəpik habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 (bir yüz iyirmi yeddi) manat 09 (doqquz) qəpik, cəmi 12.490 (on iki min dörd yüz oxsan) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar