Məhkəmə qərarları › İş №e-2(022)-1152/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1152/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1152/2023 09.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.923 manat 21 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 49 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qəranına əsasən hesablanmış 119 manat 61 qəpik faiz borcunun, cəmi 2.077 manat 32 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 04 sentyabr 2023-cü il tarixdə ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.923 manat 21 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 49 qəpik, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qəranına əsasən hesablanmış 119 manat 61 qəpik faiz borcunun, cəmi 2.077 manat 32 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 04 sentyabr 2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işdə olan 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadından görünür ki, lisenziyası ləğv olunmuş və müflis elan olunmuş İddiaçı açıq səhmdar cəmiyyətinə təyin olunmuş ləğvedicilərin fəaliyyətinə xitam verilmiş və İddiaçı açıq səhmdar cəmiyyətinə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin olunmuşdur. İş materiallarında olan 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış həmin müqaviləyə əsasənm Cavabdeh2 26 aprel 2015-ci il tarixli, İKM 04 saylı kredit müqaviləsi üzrə 1.923 manat 21 qəpik məbləğində qalıq borcu güzəşt olunmaqla, cavabdehin həmin borcu ödəməsi üçün 24 ay müddət müəyyən edilmiş və həmin müqaviləyə görə Cavabdeh2 1.923 manat 21 qəpik məbləğində kredit borcu illik 1% faiz dərəcəsi ilə faiz borcları ödəməsi şərti ilə 24 ay müddətinə restrukturizasiya edilmişdir. Cavabdeh2 həmin ödəniş cədvəlinə əsasən 24 ay müddətinə hər ay 80 manat 97 qəpik, cəmi 1.943 manat 31 qəpik məbləğində pul vəsaitini ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə ödəməlidir. İşdə olan 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı restrukturizasiya müqaviləsi və həmin müqavilə əsasında bağlanacaq restrukturizasiya razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin tam icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı restrukturizasiya müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə 11 aprel 2023-cü il tarixə yaranmış borcu əsas borc qismində 1.923 manat 21 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 49 qəpik, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cərimə qismində 01 qəpik və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği qismində 119 manat 61 qəpik, cəmi 2.077 manat 32 qəpik məbləğində təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 və Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı restrukturizasiya müqaviləsi üzrə 11 aprel 2023-cü il tarixə yaranmış borcu əsas borc qismində 1.923 manat 21 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 49 qəpik, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cərimə qismində 01 qəpik və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği qismində 119 manat 61 qəpik, cəmi 2.077 manat 32 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə görə həmin müqavilə üzrə 11 aprel 2023-cü il tarixə yaranmış borcu əsas borc qismində 1.923 manat 21 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 34 manat 49 qəpik, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cərimə qismində 01 qəpik və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği qismində 119 manat 61 qəpik məbləğində pul vəsaiti müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 23 yanvar 2020-ci il tarixli, LM012000626 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.923 (bir min doqquz yüz iyirmi üç) manat 21 (iyirmi bir) qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 34 (otuz dörd) manat 49 (qırx doqquz) qəpik, cərimə qismində 01 (bir) qəpik, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği qismində 119 (bir yüz on doqquz) manat 61 (altmış bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat, cəmi 2.118 (iki min bir yüz on səkkiz) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar