Məhkəmə qərarları › İş №e-2(022)-1152/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1152/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1152/2025 03.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı X4-Bank Kredit Təşkilatının cavabdeh X3, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında,kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı X4-Bank Kredit Təşkilatı ilə cavabdeh X5 arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli, **********0061 saylı kredit müqaviləsinə əsasən ona illik 30 faiz dərəcəsi ilə 24 ay müddətinə 4000 (dörd min) məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı X4- Bank Kredit Təşkilatı ilə Cavabdeh1 ilə 05 noyabr 2022-ci il tarixli, **********0061-631221 saylı və Cavabdeh3 ilə 05 noyabr 2022-ci il tarixli, **********0***-******* saylı zaminlik müqaviləsi bağlamış və müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh3 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu X5 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit müqaviləsinə əsasən cavabdeh X5 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı bank İddiaçı X4- Bank Kredit Təşkilatı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh X5 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdeh X2, Cavabdeh1 və Cavabdeh3 20 may 2025-ci il tarixə İddiaçı X4-Bank Kredit Təşkilatına 1249.12 (min iki yüz qırx doqquz manat on iki qəpik) manat əsas, 0.00 (sıfır) manat faiz, cəmi 1249.12 (min iki qırx doqquz manat on iki qəpik) manat borcu yaranmışdır. İddiaçının tələbi: Cavabdeh X1, Cavabdeh1 və Cavabdeh3 İddiaçı X4-Bank Kredit Təşkilatınin xeyrinə 1249.12 (min iki yüz qırx doqquz manat on iki qəpik) manat əsas, 0.00 (sıfır manat) manat faiz, cəmi 1249.12 (min iki qırx doqquz manat on iki qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 32.50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh X5, Cavabdeh1 və Cavabdeh3 tərəfindən İddiaçı X4-Bank Kredit Təşkilatınin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 05 noyabr 2022-ci il tarixli, **********0061 saylı kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək şərtilə 4000 (dörd min) məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan krediti əldə edən zaman aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. 05 noyabr 2022-ci il tarixli, **********0***-******* saylı, 05 noyabr 2022-ci il tarixli, **********0061-631221 saylı zaminlik müqavilələrindən görünür ki, kredit alan X5 tərəfindən müqavilə öhdəliklərinə hər-hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faizləri, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi Cavabdeh1 və Cavabdeh3 öz öhdələrinə götürmüşdür. 05 noyabr 2022-ci il tarixli, **********0061 saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, kredit aylıq 227 (iki yüz iyirmi yeddi) manat, (sonuncu ay 222) manat olmaqla 24 ay müddətinə müəyyən edilmişdir. 20 may 2025-ci il tarixli, maliyyə arayışından görünür ki, cavabdeh X2 20 may 2025-ci il tarixinə İddiaçı X4-Bank Kredit Təşkilatına 1249.12 (min iki yüz qırx doqquz manat on iki qəpik) manat əsas, 0.00 (sıfır) manat faiz, cəmi 1249.12 (min iki qırx doqquz manat on iki qəpik) manat borcu yaranmışdır. 27 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh X5 öhdəliklərin icrası ilə əlaqədar çağırışa ən qısa müddət ərzində riayət olunmadığı təqdirdə, qanunvericiliyin tələblərinə əsasən, aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; (əvvəlki redaksiya) 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30.40 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı X4-Bank Kredit Təşkilatı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh X5, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, İddiaçı X4-Bank Kredit Təşkilatına olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdirlər. Buna görə də cavabdeh X2, Cavabdeh1 və Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi İddiaçı X4-Bank Kredit Təşkilatına ödəməlidirlər. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı X4-Bank Kredit Təşkilatının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5, Cavabdeh1 və Cavabdeh3 müqavilə üzrə 1249.12 (min iki yüz qırx doqquz manat on iki qəpik) manat məbləğində əsas, 0.00 (sıfır manat) manat məbləğində faiz, cəmi 1249.12 (min iki qırx doqquz manat on iki qəpik) manat borc pul məbləği İddiaçı X4-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32.50 (otuz iki manat əlli qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı X4-Bank Kredit Təşkilatının iddiası təmin edilsin. Cavabdeh X1, Cavabdeh1 və Cavabdeh3 1249.12 (min iki yüz qırx doqquz manat on iki qəpik) manat əsas, 0.00 (sıfır manat) manat faiz, olmaqla, ümumilikdə 1249.12 (min iki yüz qırx doqquz manat on iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı X4-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32.50 (otuz iki manat əlli qəpik) manat məbləğində pul cavabdeh X1, Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı X4-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar