Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1172/2023 06.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin X3 və Cavabdeh1 qarşı 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.546 manat 36 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 44 qəpik, cərimə qismində 52 manat 81 qəpik, cəmi 12.324 manat 61 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti X3 və Cavabdeh1 qarşı 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.546 manat 36 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 44 qəpik, cərimə qismində 52 manat 81 qəpik, cəmi 12.324 manat 61 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə X4 arasında bağlanmış 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdehə bank tərəfindən 26 may 2032-ci il tarixədək 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. 26 may 2022-ci il tarixdə bağlanmış 5FİZAM14147901 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi çıxış etmişdir. Cavabdeh2 həmin kredit limiti razılaşması çərçivəsində iddiaçı bankdan 26 may 2025-ci il tarixədək qaytarmaq və illik 16% ödəmək şərtilə aldığı 14.500 manat məbləğində krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 5-dək 511 manat 82 qəpik ödəməklə) iddiaçıya ödəməli olduğu halda öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Həmin zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalan ilə birlikdə cavabdehlik daşıyır. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəliklərini yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışlar. Nəticədə cavabdehlərin 08 avqust 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 11.546 manat 36 qəpik əsas və 725 manat 44 qəpik faiz və cərimə qismində 52 manat 81 qəpik məbləğində borcu yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin olunmamışdır. Sonda, Nümayəndə2 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.546 manat 36 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 44 qəpik, cərimə qismində 52 manat 81 qəpik, cəmi 12.324 manat 61 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat 98 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X4 və Cavabdeh1 isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşmasının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti X3 50.000 manat məbləğində 120 ay müddətinə, 26 may 2032-ci il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində Cavabdeh2 kredit verməyi öhdəsinə götürür. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən borcalana - Cavabdeh2 sonuncunun banka təqdim etdiyi ÖMTA-da (Öz müştəri tanı anketi) qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərir və borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (kredit verənin 9144 qısa nömrəsinə və ya +**********44 GSM nömrəsinə təsdiq SMS-nin göndərilməsi və s.) kredit vəsaiti İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 5-1411470 nömrəli cari hesabına köçürülmə yolu ilə verilir. Mülki işdə olan 26 may 2022-ci il tarixli, 5FİZAM14147901 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 26 may 2022-ci il tarixli, 5260***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə X2 öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş https://www.bankrespublika.az/ru saytından və 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşmasına Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən 26 may 2022-ci il tarixdə, saat 13:00:55-də Cavabdeh2 istifadəsində olan +**********21 GSM nömrəsinə “X6, İddiaçı açıq səhmdar cəmiyyəti Sizə 35 ay müddə ətinə, illik 16 faiz dərəcəsi, 145 AZN komissiya ilə 14.500 AZN kredit təklif edir. Aylıq ödəniş 511 manat 82 qəpik olmaqla, hər ayın 5-dək ödənilməlidir. Kreditə razılıq vermək üçün 1, kreditdən imtina üçün 2 yazıb, 9144 qısa nömrəsinə və ya +**********44 nömrəsinə göndərin...” məzmununda SMS göndərmiş və Cavabdeh2 26 may 2022-ci il tarixdə, saat 13:01:19-da “1” yazaraq, İddiaçı açıq səhmdar cəmiyyətinə göndərməklə, həmin məbləğdə və şərtlərlə kredit verilməsinə razılığını bildirmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 26 may 2022-ci il tarixli, 5260***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşmasınə əsasən Cavabdeh2 iddiaçı banka borcu 08 avqust 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 11.546 manat 36 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 44 qəpik, cərimə qismində 52 manat 81 qəpik, cəmi 12.324 manat 61 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 və Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehlərin iddiaçıya ödənilməmiş əsas borc qismində 11.546 manat 36 qəpik, 08 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 44 qəpik, cərimə qismində 52 manat 81 qəpik, cəmi 12.324 manat 61 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşması və eyni tarixli zaminlik mümqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 11.546 manat 36 qəpik, 08 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 725 manat 44 qəpik, cərimə qismində 52 manat 81 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 manat 98 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. X1 və Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 26 may 2022-ci il tarixli, 5260***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 11.546 (on bir min beş yüz qırx altı) manat 36 (otuz altı) qəpik, 08 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 725 (yeddi yüz iyirmi beş) manat 44 (qırx dörd) qəpik, cərimə qismində 52 (əlli iki) manat 81 (səksən bir) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 126 (bir yüz iyirmi altı) manat 98 (doxsan səkkiz) qəpik, cəmi 12.451 (on iki min dörd yüz əlli bir) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1172/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1172/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver