Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1173/2023 29.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.829 manat 41 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 115 manat 15 qəpik, cəmi 6.944 manat 56 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.829 manat 41 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 115 manat 15 qəpik, cəmi 6.944 manat 56 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. 19 dekabr 2022-ci il tarixdə bağlanmış Z-RGTK8720136A115 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq zamin kimi çıxış etmişlər. Həmin zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalan ilə birlikdə cavabdehlik daşıyır. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəliklərini yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışlar. Nəticədə cavabdehlərin 31 avqust 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 6.829 manat 41 qəpik əsas və 115 manat 15 qəpik faiz, cəmi 6.944 manat 56 qəpik məbləğində borcu yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.829 manat 41 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 115 manat 15 qəpik, cəmi 6.944 manat 56 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 manat 45 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 11 oktyabr 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 faktiki olduğu yer məlum olmadığına görə onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Cavabdeh2 isə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsinin və həmin müqaviləyə Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 gündəlik tələbat məqsədilə, kreditdən istifadəyə görə illik 20% borc faizləri ödəməsi şərtilə, 48 ay müddətinə 6.867 manat 52 qəpik məbləğində kredit vermişdir. Mülki işdə olan 19 dekabr 2022-ci il tarixli, Z-RGTK8720136A115 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 19 dekabr 2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 4.805 manat 45 qəpik məbləğində kredit vəsaiti Cavabdeh2 məxsus 410100E**********115 nömrəli debet hesabına köçürmə yolu ilə Cavabdeh2 təqdim edilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh2ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 iddiaçı banka borcu 31 avqust 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 6.829 manat 41 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 115 manat 15 qəpik, cəmi 6.944 manat 56 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 və Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehlərin iddiaçıya ödənilməmiş əsas borc qismində 6.829 manat 41 qəpik, 31 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 115 manat 15 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi və eyni tarixli zaminlik mümqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 6.829 manat 41 qəpik, 31 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 115 manat 15 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 manat 45 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 19 dekabr 2022-ci il tarixli, RGTK8720136A115 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.829 (altı min səkkiz yüz iyirmi doqquz) manat 41 (qırx bir) qəpik, 31 avqust 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 115 (bir yüz on beş) manat 15 (on beş) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 (səksən doqquz) manat 45 (qırx beş) qəpik, cəmi 7.034 (yeddi min otuz dörd) manat 01 (bir) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1173/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1173/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver