Məhkəmə qərarları › İş №e-2(022)-1183/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1183/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1183/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişi üzrə ödənilməmiş əsas borc qismində 5.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 806 manat 20 qəpik, cərimə qismində 174 manat 45 qəpik, cəmi 5.980 manat 65 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişi üzrə ödənilməmiş əsas borc qismində 5.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 806 manat 20 qəpik, cərimə qismində 174 manat 45 qəpik, cəmi 5.980 manat 65 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, məhkəmədə bildirdi ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişinə əsasən cavabdehə 36 ay müddətinə, illik 20% olmaqla, 5.000 manat məbləğində kredit verilmişdir. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəliklərini yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Sonda iddiaçının nümayəndəsi 15 noyabr 2022ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişi üzrə ödənilməmiş əsas borc qismində 5.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 806 manat 20 qəpik, cərimə qismində 174 manat 45 qəpik, cəmi 5.980 manat 65 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh faktiki olduğu yer məlum olmadığına görə onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişinin və həmin müqaviləyə 1 nömrəli Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 20% borc faizləri ödəməsi şərtilə, 36 ay müddətinə 5.000 manat məbləğində kredit borcalanın cari hesabına köçürmə yolu ilə verilmişdir. Mülki iş materiallarında olan 15 noyabr 2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 5.000 manat məbləğində kredit vəsaiti Cavabdeh pos-terminal vasitəsi ilə kartdan məxaric yolu ilə Cavabdeh təqdim edilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişinə əsasən Cavabdeh iddiaçı banka borcu 05 sentyabr 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 5.000 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 806 manat 20 qəpik, cəmi 5.980 manat 65 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 5.000 manat, 05 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 806 manat 20 qəpik və cərimə qismində 174 manat 45 qəpik, cəmi 5.980 manat 65 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişi üzrə ödənilməmiş əsas borc qismində 5.000 manat, 05 sentyabr 2023-cü il tarixə hesablanmış, ödənilməmiş faiz borcu qismində 806 manat 20 qəpik və cərimə qismində 174 manat 45 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 15 noyabr 2022-ci il tarixli, CP/88010/88/10 saylı kredit sazişi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 5.000 (beş min) manat, 05 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 806 (səkkiz yüz altı) manat 20 (iyirmi) qəpik, cərimə qismində 174 ( bir yüz yetmiş dörd) manat 45 (qırx beş) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 80 (səksən) manat, cəmi 6.060 (altı min altmış) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar