Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1185/2024 01.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh qarşı 29 oktyabr 2021-ci il tarixli, 12 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.077 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 37 qəpik, cəmi 1.092 manat 15 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 92 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 22 avqust 2024-cü il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı Cavabdeh qarşı 29 oktyabr 2021-ci il tarixli, 12 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.077 manat 78 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 37 qəpik, cəmi 1.092 manat 15 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 92 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş 22 avqust 2024-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli, 12 saylı restrukturizasiya müqaviləsinin və ona əlavə edilmiş ödəniş cədvəlinin surətlərdən görünür ki, Cavabdeh ilə İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatı arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh 1.614 manat 41 qəpik məbləğində əsas borcu güzəşt olunmaqla, cavabdehin həmin borcu ödəməsi üçün 3 il (36 ay) müddət müəyyən edilmiş və həmin müqaviləyə görə Cavabdeh 1.614 manat 41 qəpik məbləğində kredit borcunu illik 1 faiz dərəcəsi ilə faiz borcları ödəməsi şərti ilə 3 il (36 ay) müddətinə iddiaçıya ödəməsi, borclu borcun ödənilməsini gecikdirdiyi halda, borc qalığına illik 2% dərəcəsi ilə faiz hesablanması nəzərdə tutulmuşdur. İşdə olan kredit və fazi borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına ödənilməmiş əsas borc qismində 1.077 manat 78 qəpik, 02 avqust 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 37 qəpik, cəmi 1.092 manat 15 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh «Azərbaycan Beynəlxaq Bankı» açıq səhmdar cəmiyyəti ilə bağlanmış 29 oktyabr 2021-ci il tarixli, 12 saylı restrukturizasiya müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, həmin müqavilə üzrə O.Ə.Məmmədovun iddiaçıya ödənilməmiş əsas borc qismində 1.077 manat 78 qəpik, 02 avqust 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 37 qəpik, cəmi 1.092 manat 15 qəpik məbləğində borcunun olduğu təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli, ********** nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.7-ci bəndinə görə restrukturizasiya kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Həmin Qaydanın 6.3-cü bəndinə görə kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.4-cü bəndinə görə fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; 6.4.6. kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatına 29 oktyabr 2021-ci il tarixli, 12 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.077 manat 78 qəpik, 02 avqust 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 37 qəpik, cəmi 1.092 manat 15 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh 29 oktyabr 2021-ci il tarixli, 12 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.077 manat 78 qəpik, 02 avqust 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 manat 37 qəpik, cəmi 1.092 manat 15 qəpik məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 92 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının iddiası təmin edilsin. Cavabdeh İddiaçı qapalı səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının xeyrinə 29 oktyabr 2021-ci il tarixli, 12 saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.077 (bir min yetmiş yeddi) manat 78 (yetmiş səkkiz) qəpik, 02 avqust 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 14 (on dörd) manat 37 (otuz yeddi) qəpik, habelə ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 (otuz) manat 92 (doxsan iki) qəpik, cəmi 1.123 (bir min bir yüz iyirmi üç) manat 07 (yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1185/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1185/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver