Məhkəmə qərarları › İş №e-2(022)-1193/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1193/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1193/2024 26.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2l oğluna qarşı 09 iyun 2021ci il tarixli, 25090***-*******02L saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.828 manat 34 qəpik, faiz borcu qismində 13 manat 22 qəpik, 5 manat 49 qəpik, cəmi 1.847 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 22 avqust 2024-cü il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2l oğluna qarşı 09 iyun 2021- ci il tarixli, 25090***-*******02L saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.828 manat 34 qəpik, faiz borcu qismində 13 manat 22 qəpik, 5 manat 49 qəpik, cəmi 1.847 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinin tələblərinə cavab vermədiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Lakin məhkəməyə daxil olmuş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən iddia ərizəsinin İddiaçı açıq səhmdar cəmiyyətinin imza səlahiyyəti olan şəxs və ya etibarnamə üzrə nümayəndəsi tərəfindən və ya başqa şəxs tərəfindən imzalandığını müəyyən etmək mümkün deyil. Məhkəmə hesab edir ki, fiziki olaraq mövcud olamayan hüquqi şəxsin iddia ərizəsini imzalamaq imkanı olmadığına görə, iddia ərizəsinin İddiaçı açıq səhmdar cəmiyyətinın hər hansısa əməkdaşı tərəfindən imzalansa da, iddia ərizəsini imzalamış şəxs bu barədə iddia ərizəsində heç bir qeyd aparmamış və İddiaçı açıq səhmdar cəmiyyətinın adından imza etməyə səlahiyyətlərini təsdiq edən hər hansı sənədi iddia ərizəsinə əlavə etmədiyinə görə bu hal iddia ərizəsinin qanunla müəyyən edilmiş qaydada imzalanması hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə isə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2l oğluna qarşı 09 iyun 2021- ci il tarixli, 25090***-*******02L saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 1.828 manat 34 qəpik, faiz borcu qismində 13 manat 22 qəpik, 5 manat 49 qəpik, cəmi 1.847 manat 05 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar