Məhkəmə qərarları › İş №e-2(022)-1201/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1201/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1201/2025 29.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş olmaqla yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 25 noyabr 2022-ci il tarixli, **********504 saylı kredit müqaviləsinə əsasən ona illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 (beş min) məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı X1- Bank Kredit Təşkilatı ilə Cavabdeh2 ilə 25 noyabr 2022-ci il tarixli, **********504-544913 zaminlik müqaviləsi bağlamış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçı bank İddiaçı X1- Bank Kredit Təşkilatı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 və Cavabdeh2 20 may 2025-ci il tarixə İddiaçı X1-Bank Kredit Təşkilatına 1509 (min beş yüz doqquz) manat əsas, 127.92 (yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat faiz, 327.39 (üç yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat cərimə, cəmi 1964.31 (min doqquz yüz altmış dörd manat otuz bir qəpik) manat borcu yaranmışdır. İddiaçının tələbi: Cavabdeh1 və Cavabdeh2 İddiaçı X1-Bank Kredit Təşkilatınin xeyrinə 1509 (min beş yüz doqquz) manat əsas, 127.92 (yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat faiz, 327.39 (üç yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat cərimə, cəmi 1964.31 (min doqquz yüz altmış dörd manat otuz bir qəpik) manat məbləğində vəsaitin və ödənilmiş 39.65 (otuz doqquz manat altmış beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh1 və Quliyev Cavabdeh2 tərəfindən İddiaçı X1-Bank Kredit Təşkilatınin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 25 noyabr 2022-ci il tarixli, **********504 saylı kredit müqaviləsinin surətindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq və faizlər ödənilmək şərtilə 5000 (beş min) məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan krediti əldə edən zaman aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. 25 noyabr 2022-il tarixli, **********504-544913 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər-hansı səbəbdən əməl edilmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faizləri, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi Cavabdeh2 öz öhdəsinə götürmüşdür. 25 noyabr 2022-ci il tarixli, **********504 saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kredit aylıq 276 (iki yüz yetmiş altı) manat, (sonuncu ay 257 manat) manat olmaqla 24 ay müddətinə müəyyən edilmişdir. 10 iyun 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 banka olan bütün borc məbləğini tam olaraq ödəməklə aralarında bağlanmış kredit müqaviləsini ləğv etmək təklif edilmiş, əks təqdirdə bütün borc məbləğinin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 20 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 20 may 2025-ci il tarixinə İddiaçı X1-Bank Kredit Təşkilatına 1509 (min beş yüz doqquz) manat əsas, 127.92 (yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat faiz, 327.39 (üç yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat cərimə, cəmi 1964.31 (min doqquz yüz altmış dörd manat otuz bir qəpik) manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1 ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiya) 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; (əvvəlki redaksiya) 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, İddiaçı X1-Bank Kredit Təşkilatına olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi İddiaçı X1- Bank Kredit Təşkilatına ödəməlidir. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, İddiaçı X1-Bank Kredit Təşkilatının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutların məcmusuna, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 1509 (min beş yüz doqquz) manat əsas, 127.92 (yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat faiz, 327.39 (üç yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat cərimə, cəmi 1964.31 (min doqquz yüz altmış dörd manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı X1- Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.65 (otuz doqquz manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 2230 (otuz), 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatının iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1509 (min beş yüz doqquz) manat əsas, 127.92 (yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat faiz, 327.39 (üç yüz iyirmi yeddi manat otuz doqquz qəpik) manat cərimə, cəmi 1964.31 (min doqquz yüz altmış dörd manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.65 (otuz doqquz manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar