Məhkəmə qərarları › İş №e-2(022)-1230/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1230/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1230/2023 20.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 7.108 manat 29 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 608 manat 53 qəpik, cəmi 7.716 manat 82 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat 17 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 7.108 manat 29 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 608 manat 53 qəpik, cəmi 7.716 manat 82 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat 17 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsinə əsasən cavabdehə kredit verilmişdir. İddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəliklərini yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Nəticədə cavabdehin 18 sentyabr 2023-cü il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə 7.108 manat 29 qəpik əsas və 608 manat 53 qəpik faiz, cəmi 7.716 manat 82 qəpik məbləğində borcu yaranmışdır. İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin olunmamışdır. Sonda iddiaçının nümayəndəsi 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 7.108 manat 29 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 608 manat 53 qəpik, cəmi 7.716 manat 82 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat 17 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 26 oktyabr 2023-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh faktiki olduğu yer məlum olmadığına görə onun məhkəmə iclaslarında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsinin və həmin müqaviləyə Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh gündəlik tələbat məqsədilə, kreditdən istifadəyə görə illik 22% borc faizləri ödəməsi şərtilə, 48 ay müddətinə 7.108 manat 29 qəpik məbləğində kredit borcalanın cari hesabına köçürmə yolu ilə verilmişdir. Mülki iş materiallarında olan 15 fevral 2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 7.108 manat 29 qəpik məbləğində kredit vəsaiti Cavabdeh məxsus 410100E**********151 nömrəli debet hesabına köçürmə yolu ilə Cavabdeh təqdim edilmişdir. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı banka borcu 18 sentyabr 2023-cü il tarixə ödənilməmiş əsas borc qismində 7.108 manat 29 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 608 manat 53 qəpik, cəmi 7.716 manat 82 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin iddiaçıya ödənilməmiş əsas borc qismində 7.108 manat 29 qəpik, 18 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 608 manat 53 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 7.108 manat 29 qəpik, 18 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 608 manat 53 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat 17 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 15 fevral 2023-cü il tarixli, RGTK9713533A151 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 7.108 (yeddi min bir yüz səkkiz) manat 29 (iyirmi doqquz) qəpik, 18 sentyabr 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 608 (altı yüz səkkiz) manat 53 (əlli üç) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 (doxsan yeddi) manat 17 (on yeddi) qəpik, cəmi 7.813 (yeddi min səkkiz yüz on üç) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar