Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1230/2024 26.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X11 oğlunun katibliyi ilə, «X7» açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 02 oktyabr 2019-cu il tarixli, 18845sAHM/19 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.195 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 12 manat 23 qəpik, cəmi 3.207 manat 55 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddiasına dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: «X7» açıq səhmdar cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 02 oktyabr 2019-cu il tarixli, 18845sAHM/19 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.195 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 12 manat 23 qəpik, cəmi 3.207 manat 55 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli qərardadı ilə «X7» açıq səhmdar cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 02 oktyabr 2019-cu il tarixli, 18845sAHM/19 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.195 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 12 manat 23 qəpik, cəmi 3.207 manat 55 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərar alınmışdır. İddiaçı «X7» açıq səhmdar cəmiyyətinin nümayəndəsi iddia ərizəsində göstərmişdir ki, «X7» açıq səhmdar cəmiyyəti ilə X4 arasında bağlanmış 02 oktyabr 2019-cu il tarixli, 18845SAHM/19 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bank ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərti ilə 20.000 manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqq tutulmaqla borcalana verə bilər. Bank həmin müqavilə müddətinin sonuna qədər müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarala müştəriyə kredit rəsmiləşdirə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği banka qaytarmağı öhdəsinə götürür. İddiaçı tərəfindən N.A.Xanəhmədovun cari hesabına 03 oktyabr 2019-cu il tarixdə, illik 25,5% olmaqla, 4.700 manat məbləğində vəsaitin köçürülməsi barədə göndərilmiş sms mətninin surəti iş materiallarına əlavə edilmişdir. Həmin kredit müqaviləsinin 8.3-cü bəndinə görə borcalan kredit üzrə faizləri müqavilədə nəzərəd tutulmuş müddətdə və qaydada ödəmədikdə, fazizlərin gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40% miqdarında cərimə tətbiq edilir. N.A.Xanəhmədov 27 iyul 2020-ci il tarixdə vəfat etmişdir. Biləsuvar rayon notariat ofisinin məlumatına əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumun vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə cavabdehlərin mərhum N.A.Xanəhmədovun hüquqi varisləri olduğu anlamına gəlir. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə uyğun olaraq hərəkət etməyərək, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməmiş, iddiaçı bu barəəd məlumatı özü əldə etmişdir. Cavabdeh1 və Cavabdeh2 müqavilə şərtlərini pozaraq, dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «X7» açıq səhmdar cəmiyyəti öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda, iddiaçının nümayəndəsi 02 oktyabr 2019-cu il tarixli, 18845sAHM/19 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.195 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 12 manat 23 qəpik, cəmi 3.207 manat 55 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi R.M.Seyfullayev 25 dekabr 2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə təyin edilmiş hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki olduqları yer məlum olmadığına görə məhkəmə iclasında onların iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 oktyabr 2019-cu il tarixli, 18845SAHM/19 saylı kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən «X7» açıq səhmdar cəmiyyəti X3 ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərti ilə 20.000 manat məbləğinədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqq tutulmaqla, verə bilər. Borcverən borcalanın bankda qeydiyyatda olan telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin borcalanın razılığını ifadə etmək üçün hası sözdən istifadə etməsi göstərilməklə təklif SMS-i göndərir. Borcalan həmin SMS-ə cavab olaraq borcverənin 8117 qısa nömrəsinə razılığını bildirən məzmunda SMS göndərir. Borcverən həmin SMS-i qəbul etdiyi andan 1 iş günü ərzində kredit məbləğini boralanın cari hesabına köçürür. İşdə olan SMS bildiriş mətnlərin çıxarışından görünür ki, X3 məxsus 994 50 231 15 98 GSM nömrəli mobil telefona «X7» açıq səhmdar cəmiyyəti tərəfindən 03 oktyabr 2019cu il tarixdə, saat 12:52:35-də “Sizə 48 aylıq, 4700 AZN məbləğində, illik 25.5 faizlə kredit təklif edirik. Komissiya 0 AZN. Aylıq ödəniş 158 AZN. Təsdiqləmək üçün YES sözünü 8117-ə göndərin.” məzmununda mesaj göndərilmiş və həmin miqdarda vəsait 03 oktyabr 2019-cu il tarixdə, saat 12:58:54-də N.A.Xanəhmədovun kartına köçürülmüşdür. Mülki iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 100041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 iyul 2020-ci il tarixdə ağciyər-ürək çatışmazlığının digər dəqiqləşdirilmiş formaları (COVİD19) səbəbindən ölmüşdür. İşdə olan Biləsuvar rayon notariat ofisinin 25 iyul 2024-cü il tarixli, 675 saylı arayışından görünür ki, 27 noyabr 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış avtomaşına onun vərəsələri Cavabdeh2 və Cavabdeh1 28 yanvar 2021-ci il tarixdə 2V50 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə edilmiş 28 yanvar 2021-ci il tarixli, 2V-50 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 iyul 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan ½ hissədə pay almadırlar. Şəhadətnamə verilən miras əmlak 07 fevral 2020-ci il tarixli, AD760077 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən SALGA2EF0EA179297 ban nömrəli, 2014-cü il buraxılışlı “X12 minik” markalı, **-GU-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsindən ibarətdir. Mülki işdə olan 28 yanvar 2021-ci il tarixli, 2V-51 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 iyul 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan ½ hissədə pay almadırlar. Şəhadətnamə verilən miras əmlak 11 aprel 2014-cü il tarixli, AC226176 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən KNAJE55185K051850 ban nömrəli, 2005-ci il buraxılışlı “KİA Sportage minik” markalı, **-HF-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsindən ibarətdir. İşdə olan 07 aprel 2021-ci il tarixli, 2V-213 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 iyul 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan ½ hissədə pay almadırlar. Şəhadətnamə verilən miras əmlak SOCAR Nəqliyyat İdarəsi 6 saylı texnoloji nəqliyyat departamentinin 30 mart 2021-ci il tarixli, AƏ-10/193 nömrəli məktubuna əsasən 801 manat 62 qəpik məbləğində pul vəsaitindən ibarətdir. Mülki iş materiallarına əlavə edilmiş 13 mart 2023-cü il tarixli, 2V-103 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 27 iyul 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 miras əmlakdan ½ hissədə pay almadırlar. Şəhadətnamə verilən miras əmlak 06 avqust 2018-ci il tarixli, AD289348 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən **********7052 ban nömrəli, 1996-cı il buraxılışlı “Mercedes Benz 290D minik” markalı, **-XG-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsindən ibarətdir. İşdə olan Vİ-ЖГ seriyalı, 366967 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və Cavabdeh2 27 fevral 1995-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Xanəhmədov, arvada Xanəhmədova soyadı verilmişdir. Mülki işdə olan XİX-ЖГ seriyalı, 420359 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 1995-ci il tarixdə Biləsuvar rayonu, Əskərabad kəndində doğulmuşdur. G.N.Xanəhmədovanın atası X4, anası isə Cavabdeh2dır. İş materiallarında olan AZ-İ seriyalı, 936296 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X5 28 may 2014-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayev soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş «X7» açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 02 oktyabr 2019-cu il tarixli, 18845sAHM/19 saylı kredit müqaviləsi üzrə borca dair maliyyə arayışının surətindən görünür ki, N.A.Xanəhmədovun «X7» açıq səhmdar cəmiyyətinə borcu əsas borc qismində 3.195 manat 32 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 12 manat 23 qəpik, cəmi 3.207 manat 55 qəpik təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243-cü maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarına görə Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Biləsuvar rayon notariat ofisi tərəfindən təqdim edilmiş 28 yanvar 2021-ci il tarixli, 2V-50 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2V-51, 07 aprel 2021-ci il tarixli, 2V-213 nömrəli və 13 mart 2023-cü il tarixli, 2V-103 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 X2 ölümündən sonra həmin şəxsin mirasını qəbul etmişlər və həmin şəxsin qanun üzrə vərəsələridirlər. Buna görə də məhkəmə hesab edir ki, N.A.Xanəhmədovun vərəsələri olan cavabdehlər sonuncunun mövcud olan və ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə “X12 minik” markalı, **-GU-*** qeydiyyat nömrəli, buraxılışlı “KİA Sportage minik” markalı, **-HF-*** qeydiyyat nömrəli və “Mercedes Benz 290D minik” markalı, **-XG-*** qeydiyyat nömrəli avtomobillərin mövcud bazar qiymətlərini, həmçinin mərhum N.A.Xanəhmədovdan miras kimi qalmış 801 manat 62 qəpik məbləğində pul vəsaiti nəzərə alaraq hesab edir ki, mərhum X1 miras qalmış “KİA Sportage minik”, “KİA Sportage minik” və “Mercedes Benz 290D minik” markalı avtomobillərin dəyəri hazırki iddia tələbinin həcmindən çoxdur. Beləliklə, işdə olan sübutlarla mərhum N.A.Xanəhmədov vəfat etdiyinə görə «X7» açıq səhmdar cəmiyyəti ilə bağladığı 02 oktyabr 2019-cu il tarixli, 18845sAHM/19 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və həmin şəxsin vərəsələri sonuncunun bütün öhdəlikləri üzrə qəbul etdikləri aktivdə özlərindən hər birinin payına mütənasib surətdə miras qoyanın kreditorları qarşısında birgə borclu kimi tam ödəməyə borclu olduqlarına görə vərəsələr – Cavabdeh1 və Cavabdeh2 iddiaçıya ödənilməmiş əsas borc qismində 3.195 manat 32 qəpik, faiz borcu qismində 12 manat 23 qəpik, cəmi 3.207 manat 55 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcalanın vərəsələri qisnmində 02 oktyabr 2019-cu il tarixli, 18845SAHM/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc qismində 3.195 manat 32 qəpik, faiz borcu qismində 12 manat 23 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat 48 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1, 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «X7» açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 «X7» açıq səhmdar cəmiyyətinin xeyrinə 02 oktyabr 2019-cu il tarixli, 18845SAHM/19 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.195 (üç min bir yüz doxsan beş) manat 32 (otuz iki) qəpik, faiz borcunun əvəzi qismində 12 (on iki) manat 23 (iyirmi üç) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 (əlli iki) manat 48 (qırx səkkiz) qəpik, cəmi 3.260 (üç min iki yüz altmış) manat 03 (üç) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №e-2(022)-1230/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1230/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver