Məhkəmə qərarları › İş №e-2(022)-1231/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1231/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1231/2024 08.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 1.828 manat 34 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 13 manat 22 qəpik, cərimə qismində 5 manat 49 qəpik, cəmi 1.847 manat 05 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 28 avqust 2024-cü il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 1.828 manat 34 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 13 manat 22 qəpik, cərimə qismində 5 manat 49 qəpik, cəmi 1.847 manat 05 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 48 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin ünvanına göndərilmiş 28 avqust 2024-cü il tarixdə il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşmasının surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh2 50.000 manat məbləğində 120 ay müddətinə, 09 iyun 2031-ci il tarixədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində Cavabdeh2 kredit verməyi öhdəsinə götürür. Kredit razılaşmasının 2.2-ci bəndinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən borcalana - Cavabdeh2 sonuncunun banka təqdim etdiyi ÖMTA-da (Öz müştəri tanı anketi) qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğini, illik faiz dərəcəsini, müvafiq xidmət haqqını və s. məlumatları əks etdirən SMS göndərir və borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (kredit verənin 9144 qısa nömrəsinə və ya +**********44 GSM nömrəsinə təsdiq SMS-nin göndərilməsi və s.) kredit vəsaiti İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh2 25-1215585-1 nömrəli cari hesabına köçürülmə yolu ilə verilir. Mülki işdə olan 09 iyun 2021-ci il tarixli, 25FİZAM131360802 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 09 iyun 2021-ci il tarixli, 25090***- *******02L saylı əsas kredit limiti razılaşması üzrə Cavabdeh2 öhdəliklərini icra etməməsinə görə məsuliyyəti zamin qismində öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş https://www.bankrespublika.az/ru saytından və 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşmasına Əlavənin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən 27 may 2022-ci il tarixdə, saat 14:59:13-də Cavabdeh2 istifadəsində olan +**********117 GSM nömrəsinə “X1, İddiaçı Size 35 ay müddetine, illik 16 faiz derecesi, 65 AZN komissiya ilə 6.500 AZN kredit teklif edir. Aylıq ödenish 228 manat 97 qəpik olmaqla, hər ayın 01-dek ödenilmelidir. Kredite razılıq vermək uchun 1, kreditdən imtina uchun 2 yazıb, 9144 qısa nömresine ve ya +**********44 mobil nömresine gönderin...” məzmununda SMS göndərmiş və Cavabdeh2 27 may 2022-c il tarixdə, saat 15:57:10-da “1” yazaraq, İddiaçı açıq səhmdar cəmiyyətinə göndərməklə, həmin məbləğdə və şərtlərlə kredit verilməsinə razılığını bildirmişdir. `Mülki işdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə kredit borcunun, faizlərin və peniyanın hesablanması haqqında arayışın surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşmasınə əsasən Cavabdeh2 iddiaçı banka borcu 25 iyul 2024cü il tarixə ödənilməmiş əsas borc qismində 1.828 manat 34 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 13 manat 22 qəpik, cərimə qismində 5 manat 49 qəpik, cəmi 1.847 manat 05 qəpik təşkil etmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh2 və Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmələri və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehlərin iddiaçıya ödənilməmiş əsas borc qismində 1.828 manat 34 qəpik, 25 iyul 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 13 manat 22 qəpik, cərimə qismində 5 manat 49 qəpik, cəmi 1.847 manat 05 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər həmin Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşması və eyni tarixli zaminlik mümqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiklərinə və kreditor müqavilə ilə nəzərdə tutulmuş hüququndan istifadə edərək, kredit vəsaitinin vaxtından əvvəl qaytarılmasını tələb etdiyinə görə 09 iyun 2021-ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borc qismində 1.828 manat 34 qəpik, 25 iyul 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 13 manat 22 qəpik, cərimə qismində 5 manat 49 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 48 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 10-1,216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 09 iyun 2021ci il tarixli, 25090***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.828 (bir min səkkiz yüz iyirmi səkkiz) manat 34 (otuz dörd) qəpik, 25 iyul 2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 13 (on üç) manat 22 (iyirmi iki) qəpik, cərimə qismində 5 (beş) manat 49 (qırx doqquz) qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat 48 (qırx səkkiz) qəpik, cəmi 1.885 (bir min səkkiz yüz səksən beş) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti müştərək qaydada tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar